Banklarda yeni problem: pensiya kartlarını da “vurdu” – Nə etmək lazımdır?

İyunun 24-də bir sıra bankların kart sistemində baş verən texniki nasazlıq cəmiyyətdə nağdsız ödənişlərin etibarlılığı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Xüsusilə pensiya alan və kart hesablarında vəsaitin müvəqqəti silindiyini görən vətəndaşların narazılığı, insanların bank sisteminə etimadına təsir edə biləcəyi ilə bağlı suallar yaradıb.
Bu hadisədən sonra insanların bank kartlarına etimadı zəifləyə və nağd pula üstünlük arta bilərmi? Vətəndaşların vəsaitlərini bank hesablarından çıxarıb evdə saxlamaq meyli yarana bilərmi?
Avtosfer.az-ın məlumatına görə, "Globalinfo"ya danışan iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru Günay Hüseynova deyib ki, bank sistemində texniki nasazlıqlar və vətəndaşların narazılığına səbəb olan hallar mütəmadi olaraq yaşanır:
“Qeyri-statistik müşahidələr göstərir ki, orta və aşağı gəlirli şəxslər vəsaitlərini daha çox kart hesablarında saxlayırlar. Belə nasazlıqların təkrarlanması isə məhz bu kateqoriyadan olan vətəndaşları kartlardan istifadədən imtinaya sövq edir. Başqa bir məqam da var. Məsələn, sosial yardım alan və ya müəyyən məbləğdə vəsaiti olan bəzi şəxslər yığımlarını kart hesabında saxlamırlar. Çünki hesab edirlər ki, dövlət həmin vəsaiti sistem üzərindən müşahidə edə və bu səbəbdən sosial yardımı dayandıra bilər”.
İqtisadçı bildirib ki, bankların kəşbek bonuslarını ləğv etməsi, kartlara görə xidmət haqqının tətbiqi, hesabdan nağd vəsait çıxarılmasına limit qoyulması, kartdan-karta köçürmələr zamanı yüksək komissiyaların tutulması və digər amillər artıq vətəndaşları kartlardan istifadədən uzaqlaşdırır:
“Vətəndaşların vəsaitlərini bank hesablarından çıxarıb evdə saxlamaq meyli isə artıq xeyli vaxtdır var. Sadəcə müəyyən qisim vətəndaş pulunu təhlükəsizlik baxımından və ya nağd şəkildə daha çox xərcləməmək, yığımını qorumaq məqsədilə kart hesabında saxlayır. Diqqət etsək, korrupsiya faktlarının araşdırılması zamanı, eləcə də oğurluq hadisələrində bəzi evlərdən külli miqdarda nağd pulun aşkar edildiyini görərik. Bu vəsait niyə bank hesablarında saxlanılmırdı? Digər tərəfdən, kart oğurluğu və ya texniki nasazlıq nəticəsində zərərçəkən vətəndaşların hansı səbəbdən 300-500 manat itirməsi də sual doğuran məqamlardandır. Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov da açıqlamalarının birində dövriyyəyə cəlb olunmayan, yəni “yastıq altında” saxlanılan milyonlarla manat vəsaitin mövcud olduğunu bildirib”.
Bakı metrosunda dəyişiklər dərslərin başlanma saatlarına təsir edəcək?
Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR: Qeydiyyata düşmək üçün...
Millət vəkili: İctimai nəqliyyatda tələbələr üçün güzəşt sistemi YARADILMALIDIR
Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat
Azərbaycanda gender bərabərliyi məsələsində dövrün trendi başa çatıb? – AÇIQLAMA
Sürücüləri canından bezdirən yol - VİDEO
Həyətdə od qalayanların NƏZƏRİNƏ! - Cəriməsi var
“Cəbiş müəllim”in qızından “Rabitəbank”a etiraz - “Bizdən razılıq alınmayıb”
Bu şəxslərin pensiyası artırıldı
Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırıldı
Dostlarla əyləncə faciəyə çevrilir - Dənizdə vəfat riskini artıran vərdiş










