Bir meyit başı üçün 7650 manat ödənilir - VİDEO

Tanınmış həkim Əliosman Qədimbəyli sosial şəbəkədə etdiyi paylaşımla diqqət çəkib. Avtosfer.az Milli.az-a istinadla xəbər verir ki, həkim İstanbulda yerləşən Mərmərə Universitetinin Əməliyyat və təlim mərkəzindən görüntülər yayımlayıb. O bildirib ki, burada müxtəlif ölkələrdən gələn mütəxəssislərin iştirakı ilə tibbi təlimlər və praktiki məşğələlər keçirilir. Qədimbəylinin sözlərinə görə, tədris prosesində Avropanın müxtəlif bölgələrindən gətirilən anatomik materiallardan istifadə olunur. Həkim baş və boyun nahiyəsi üzrə aparılan təlimlər üçün bir anatomik preparata görə 4500 dollar (7650 manat) ödənildiyini qeyd edib. O vurğulayıb ki, proqramda müxtəlif ölkələrdən gələn həkimlər iştirak edir və burada tibbin ən son yenilikləri, müasir cərrahi üsullar və yeni texnologiyalar tətbiq olunur. Paylaşılan görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb. İzləyicilər təlim prosesinin əhəmiyyəti və tibb sahəsindəki yeniliklərlə bağlı müxtəlif fikirlər səsləndiriblər.
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO












