Birinci sinifə qəbul “mygov” üzərindən tətbiq olunsa, hansı çətinlikləri ortaya çıxacaq? – Ekspert AÇIQLADI

Təhsil sistemi cəmiyyətin inkişafında əsas sütunlardan biri hesab olunur və bu sahədə aparılan yeniliklər həm tədrisin keyfiyyətinə, həm də idarəetmənin səmərəliliyinə birbaşa təsir göstərir. Son illərdə rəqəmsallaşma istiqamətində atılan addımlar təhsil sahəsində də özünü göstərməkdədir və bu proses xidmətlərin daha şəffaf, əlçatan və operativ şəkildə həyata keçirilməsinə imkan yaradır.
Bu istiqamətdə növbəti yenilik olaraq ümumi təhsil məktəblərinin, lisey və gimnaziyaların I sinfinə şagird qəbulu prosesi elektronlaşdırılır. Belə ki, sənəd qəbulunun "mygov" platforması üzərindən həyata keçirilməsi barədə iddialar irəli sürülüb. Bununla yanaşı, xidmətin iyun ayına qədər tam şəkildə "mygov" platformasında istifadəyə verilməsi üçün aidiyyəti qurumlar qarşısında konkret öhdəliklər qoyulub.
Maraqlıdır, yeni sistemdə I sinfə qəbulun “mygov” üzərindən aparılması əvvəlki illərlə müqayisədə hansı əsas fərqləri yaradacaq? Ən əsas məqam isə regionlarda yaşayan və texnologiyaya çıxışı məhdud olan valideynlər üçün bu yenilik hansı çətinlikləri yarada bilər?
Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi Avtosfer.az-a açıqlamasında bildirib ki, tədris prosesində bütün xidmətlərin “mygov”, yəni hökumət portalı üzərindən həyata keçirilməsi daha çevik imkanlar yaradır:

“Elektron hökumət portalı artıq hər bir vətəndaşla bağlı məlumatları özündə cəmləşdirir və demək olar ki, informasiya texnologiyalarından istifadə edən hər kəs smartfon, smart saat, noutbuk və ya planşet vasitəsilə bu platformaya daha rahat və operativ şəkildə daxil ola bilir. O cümlədən, birinci sinfə qəbul zamanı artıq mərhələ-mərhələ digər proseslərdən keçmək əvəzinə valideynlər birbaşa elektron hökumət portalına daxil olaraq övladlarının I sinfə müraciətini göndərə bilərlər. Regionlarda yaşayan və texnologiyaya çıxışı məhdud olan valideynlər üçün bu yeniliyin çətinlik yaradacağı məsələsinə gəldikdə isə düşünmürəm ki, bu ciddi problemə çevrilsin. Çünki artıq ölkənin əksər bölgələrində, hətta ucqar ərazilərdə belə insanlar texnoloji vasitələrdən istifadə bacarıqlarına malikdirlər. Bəzi hallarda internetə çıxışın məhdudluğu və ya rəqəmsal biliklərin yetərli olmaması müəyyən çətinliklər yarada bilər. Bu kimi hallarda vətəndaşlar aidiyyəti qurumların regional bölmələrinə, yəni regional təhsil idarələrinə və ya rayon təhsil sektorlarına müraciət edərək müvafiq dəstək ala bilərlər. Bu da ümumilikdə prosesi daha əlçatan edir. Ehtimal olunur ki, qurum tərəfindən bu proseslə bağlı izahlı video materiallar hazırlanaraq ictimaiyyətə təqdim ediləcək. Beləliklə, vətəndaşlar həmin məlumatları izləyərək müraciət prosesini asanlıqla həyata keçirə biləcəklər. Əvvəlki illərlə müqayisədə bu qaydaların tətbiqi valideynlər üçün daha sadə, sürətli və əlçatan imkanlar yaradacaq”.
Nurcan Babək
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ












