Boşanmadan da aliment almaq mümkündür - Vəkil AÇIQLADI

Bir çoxları alimentin yalnız boşandıqdan sonra təyin olunduğunu düşünür, lakin bəziləri isə qanunvericilikdə bu barədə daha fərqli yanaşmaların olduğunu deyir. Yəni boşanmadan da aliment almaq olar.
Bəs doğrudan da nikah davam etdiyi halda aliment almaq mümkündür?
Açıqlamasında vəkil Araz Nurməmmədov bildirdi ki, boşanmadan aliment almaq mümkündür.
"Aliment əsasən uşaqların mənafeyinə xidmət edən bir faktor olduğuna görə, tərəflərin nikahının pozulub-pozulmaması heç bir əhəmiyyət kəsb etmir. Yəni şəxs nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl də, sonra da aliment tələb etmək hüququna malikdir. Nikahın rəsmi pozulub-pozulmaması, tərəflərin birgə yaşayışına, faktiki ayrılmalarına və ya nikahın pozulmasına görə dəyişiklik yaratmaz. Tərəflərdən biri uşaqla birlikdə yaşayırsa və ya uşaq faktiki olaraq həmin şəxsin himayəsindədirsə, həmin şəxs aliment tələb etmək üçün məhkəməyə müraciət edə bilər. Aliment tələbi həm iddiaçının, həm də cavabdehin yaşadığı yer üzrə verilə bilər", - deyə hüquqşünas qeyd etdi./redaktor.az
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












