Bu dərmanlar sığorta ilə veriləcək - RƏSMİ

İcbari tibbi sığorta çərçivəsində ambulator dərman təminatının ilk mərhələsində arterial hipertenziyanın müalicəsində istifadə olunan preparatların qarşılanması planlaşdırılır.
Avtosfer.az-ın məlumatına görə, Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gülnar Hacaliyeva bildirib ki, ilkin mərhələdə 28 təsiredici maddə, müxtəlif dozalar və kombinasiyalar nəzərə alınmaqla 76 adda dərman vasitəsi müəyyən edilib. Yekun siyahı təsdiqləndikdən sonra ictimaiyyətə açıqlanacaq.
Dərmanlar təsiredici maddə, doza və farmasevtik formaya əsasən təyin ediləcək. Vətəndaşın ən azı bir dərman alternativini əlavə ödəniş etmədən əldə edə bilməsi planlaşdırılır.
Daha bahalı alternativ seçildiyi halda isə onun qiyməti ilə sığorta tərəfindən qarşılanan məbləğ arasındakı fərqin vətəndaş tərəfindən ödənilməsi nəzərdə tutulur./baku.ws
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












