Bu əsgərlərə pis xəbər: Gec təxris olunacaqlar – SƏBƏB

“Hərbi xidmət keçən şəxsin cinayət işi üzrə həbs edilməsi onun hərbi xidmət statusuna təsir göstərir”.
Avtosfer.az Globalinfo.az-a istinadla xəbər verir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda qeyd olunur ki, hərbi qulluqçunun həbsdə olduğu müddət cinayət işinə xitam verildiyi və ya şəxs barəsində bəraət hökmü çıxarıldığı halda hərbi xidmət müddətinə daxil edilir.
Əgər hərbi qulluqçu xidmət müddəti başa çatmadan müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərsə, həmin müddət, ümumi qayda olaraq, hərbi xidmət müddətinə hesablanmır.
Qanunvericilikdə belə şəxslərin məhkumluğu ödənildikdən və ya götürüldükdən sonra müəyyən hallarda hərbi xidmətin qalan hissəsini başa çatdırmaq üçün yenidən hərbi xidmətə çağırılması da nəzərdə tutulur.
Beləliklə, hərbi xidmət zamanı həbs olunmaq şəxsin avtomatik olaraq hərbi xidmətini başa vurması demək deyil. Qanunvericilikdə nəzərdə tutulan hallarda şəxs həbs müddətini başa vurduqdan sonra hərbi xidmətinin qalan hissəsini keçmək üçün yenidən hərbi xidmətə qaytarıla bilər.
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS












