Bu ixtisaslarda oxuyanlar iş tapa bilmirlər - Ən prestijli və prestijsiz sahələr

Universitetlərə qəbul imtahanları yekunlaşdıqdan sonra ixtisas seçimi mərhələsi başlayacaq. Bəzi insanlar seçimi özləri edir, bəziləri isə bunu peşəkarlara həvalə edirlər. Lakin ixtisas seçimi adi bir mərhələ deyil, burada bir gəncin gələcəyi həll olunur.
Bəs görəsən, hansı ixtisaslar daha prestijlidir? Hansılara əmək bazarında tələbat yoxdur?
Avtosfer.az xəbər verir ki, ixtisas seçimi və gələcək karyera üzrə mütəxəssis, təhsil üzrə ekspert Ramin Nurəliyev “lent.az” açıqlamasında bildirib ki, universitetlərə ixtisas seçimi edərkən dövrün tələbləri nəzərə alınmalıdır:
“Xüsusən, yüksək balı olan abituriyentlər müvafiq ixtisas qrupuna uyğun prestijli ixtisaslar seçməlidirlər. Abituriyentlərin bəzən balları aşağı olduğu üçün daha prestijli ixtisaslar seçə bilmirlər. Belə olduqda məcbur qalaraq, qeyri-perspektiv seçimlər etməli olurlar. Bu da gələcəkdə həmin gənclərin əmək bazarına çıxışına problem yaradır.
I qrupunda dövrün tələblərinə cavab verən, kopüteryönümlü ixtisasları seçənlər əmək bazarında daha rahat iş tapırlar. Buraya informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, süni intellekt ixtisasları aiddir. Ona görə də, I ixtisas qrupunun riyaziyyat-informatika altqrupuna aid olan abituriyentlərin seçimlərini bu cür etmələri arzuolunandır. Bununla yanaşı, riyaziyyat-kimya altqrupunda olan ixtisaslardan daha perspektivliləri neft-qaz, kimya, eləcə də qida mühəndisliyidir. Bununla yanaşı daşınmada logistika və nəqliyyat mühəndisliyi ixtisasları da gələcəyin peşələri sırasındadır.
II qrupda iqtisadiyyatyönümlü və logistika ixtisasları ön plandadır. Burada maliyyə, iqtisadiyyat və logistika ixtisasları perspektivli hesab olunur. Bunlarla yanaşı turizm sahələri də gündəmə gəlir. İşğaldan azad olunan ərazilərdə yenidənqurma-bərpa işlərinin aparılması, turizm sahələrinin genişləndirilməsi gələcəkdə həmin ərazilərdə gənclərin iş tapmalarına dəlalət edir.
III ixtisas qrupunda ən perspektivli ixtisaslar hüquqşünaslıq, dövlət və ictimai münasibətlər və beynəlxalq münasibətlərdir. Pedaqoji ixtisaslar da həmin sahədə işləmək istəyən gənclər üçün perspektivli hesab olunur. Bunlarla yanaşı sosial iş ixtisası da müəyyən qədər prestijli hesab olunur, çünki o sahədə iş imkanları genişdir.
IV ixtisas qrupunun əsas perspektivli sahələri birmənalı olaraq tibb ixtisaslarıdır. Psixologiya və biotexnologiya ixtisasları da Azərbaycanda inkişaf mərhələsindədir. V ixtisas qrupunda gənclərin daha çox istiqamətləndiyi dizayn ixtisasıdır. Bu ixtisas gələcəyin perspektivli sahələrindəndir. Bununla yanaşı idman ixtisasları da uğurlu seçimdir”.
Ekspert qeyri-perspektivli ixtisaslardan da bəhs edib:
“Azərbaycanda əmək bazarından sıxışdırılan, iş imkanları zəif olan ixtisaslar var. Həmin sahələrə yüksək və orta bal toplayan gənclərin istiqamətlənməsi arzuolunan deyil. Həmin ixtisaslarda oxuyan gənclər başqa sahələr üzrə çalışırlar. Həmin ixtisaslara geologiya, geofizika, meliorasiya mühəndisliyi, ekologiya mühəndisliyi, materiallar mühəndisliyi, hidrometeorologiya, fəlsəfə, politologiya, bitki mühafizəsi, su bioehtiyatlari aiddir”.
Avropadakı rekord istilər Azərbaycana da gələcək?
Metronun Bənövşəyi xətti üzrə yay qrafikinə keçilir
Baş nazir QƏRAR İMZALADI
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - SABAHIN HAVASI
Tezliklə maaşlar artırıla bilər - Əhaliyə sevindirici xəbər
Bu şəxslər hərbi xidmətə çağırılır - İyulun 1-dən
Şamaxıda torpaq sürüşməsi oldu - Yollar yararsız hala düşdü - VİDEO
Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı - VİDEO
Bakıda kabusa çevrilən küçə: "Qəzalar olur, baxan yoxdur" - VİDEO
Avtobusda ödəniş etməsəniz sürücü CƏRİMƏLƏNƏCƏK
Bunu edənlərin NƏZƏRİNƏ: 500 manatadək cərimə olunacaqsınız!










