Bu şəxslərə 6 aylıq maaş birdəfəlik veriləcək

Diplomatik xidmət orqanı müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırıldıqda xidmətinə xitam veriləcək. Avtosfer.az "Trend"ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Diplomatik xidmət haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, diplomatik xidmət orqanı əməkdaşının "Əmək pensiyaları haqqında" Qanuna uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə və ya diplomatik xidmətdə olmanın yaş həddinə çatdığı üçün diplomatik xidmətinə xitam verildikdə digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq ona öz seçimi ilə diplomatik xidmətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki orta aylıq dövlət məvacibinin 6 misli miqdarında birdəfəlik haqq veriləcək və bu məbləğdən vergi, məcburi dövlət sosial sığorta haqqı və digər icbari ödənişlər tutulmayacaq.
Diplomatik xidmətə vəfat etmə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilmə ilə əlaqədar xitam verildikdə diplomatik xidmət əməkdaşının vərəsələrinə orta aylıq dövlət məvacibinin 4 misli miqdarında müavinət ödəniləcək.
Diplomatik xidmətə müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırılma ilə əlaqədar xitam verildikdə diplomatik xidmət əməkdaşına orta aylıq dövlət məvacibinin 3 misli miqdarında müavinət ödəniləcək.
Diplomatik xidmət orqanının ləğvi istisna olmaqla müddətli həqiqi hərbi xidmətə çağırılanadək diplomatik vəzifədə xidmət keçmiş şəxslər hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək əvvəlki diplomatik vəzifəsini tutmaq üçün müraciət etdikdə həmin orqanda əvvəlki və ya analoji vəzifəyə təyin ediləcəklər.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA












