Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA

Əmək pensiyalarının təyinatı bütün vətəndaşlar üçün eyni qaydada həyata keçirilmir. Xüsusi əmək şəraiti, xidmət sahəsi və tutduğu vəzifəyə görə bəzi şəxslər fərqli pensiya təminatı hüququ əldə edirlər.
Bəs xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filial hansı şəxslərin əmək pensiyalarını müəyyən edir?
Avtosfer.az bildirir ki, mövzu ilə bağlı konkret.az-a danışan beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filial “Əmək pensiyaları haqqında” Qanunun 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərə əmək pensiyaları təyin edir.
Onun sözlərinə görə, həmin maddələrdə nəzərdə tutulan şəxslər arasında ağır və zərərli əmək şəraitində çalışanlar da yer alır:
“Bu kateqoriyaya vəzifələri Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş müvafiq siyahıda nəzərdə tutulan, ağır və zərərli sahələrdə çalışan şəxslər daxildir”.
Mütəxəssis qeyd edib ki, xüsusi şərtlərlə əmək pensiyası təyin olunan şəxslərin dairəsi bununla məhdudlaşmır.
Onun sözlərinə görə, bu kateqoriyaya mülki aviasiya sahəsində çalışan şəxslərin müəyyən hissəsi, hərbi qulluqçular, prokurorluq orqanlarının əməkdaşları, dövlət qulluqçuları, Milli Məclisin deputatları, Mərkəzi Seçki Komissiyasının üzvləri və digər kateqoriyalara aid şəxslər də daxildir.
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS












