Bu şəxslərin maaşı arta bilər

"Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında Əmək Məcəlləsinə dəyişikliklər müzakirə olunaraq plenar iclasa tövsiyə edildi. Yeni dəyişikliklərə əsasən, işəgötürənin vəzifələrini nəzərdətutan maddə təkmilləşdirilir və cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqının verilməsini təmin etmək öhdəlik olaraq müəyyən edilir".
Avtosfer.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, Məcəllənin 154-cü maddəsinə yeni hissə əlavə edilməklə bərabər dəyərli işin obyektiv qiymətləndirilməsinin əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan Vahid Tarif-İxtisas Sorğu Kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürənlər tərəfindən müəyyən edilməsi nəzərdə tutulur.
"Yeni dəyişiklik qadınlar ilə kişilərin maaş fərqlərinin daha da minimumlaşdırılması məqsədi daşıyır. Hazırda ölkə üzrə qadınların orta maaşı kişilərin əmək haqqlarının təxminən 70 faizinə bərabərdir. Beynəlxalq praktikada 80 və daha yüksək faiz daha məqbul hesab olunur. Doğrudur, Azərbaycanda gender maaş fərqinə bir sıra sektorlarda, xüsusən mədənçıxarma sənayesində daha çox kişilərin işə cəlb edilməsi təsir göstərir. Bununla belə, qanunvericiliyə təklif edilən yeni dəyişikliklərdən sonra bir sıra sektorlarda qadınların maaşlarında artımlar müşahidə oluna bilər. Belə ki, bu sahədə tələblər və işəgötürənlər üçün vəziflələri daha da dəqiqləşir. Bu isə qadınlar ilə kişilərin orta əməkhaqqları arasındakı fərqin daha da azalmasına gətirib çıxaracaq".
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı












