Bu ünvanlardakı binalar sökülə bilər

Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində qəzalı vəziyyətdə olan bir neçə bina sökülə bilər.
Avtosfer.az Baku.ws-ə istinadən xəbər verir ki, qəsəbədə yerləşən A. Zeynallı küçəsi 35 ünvanındakı 1A saylı bina, A.Zeynallı küçəsi 37 ünvanındakı 2A saylı bina, M. S. Ordubadi küçəsi 15 ünvanındakı 3 saylı bina və A. Zeynallı küçəsi 37 ünvanındakı 4A saylı binanın sökülməsi nəzərdən keçirilir.
Məlumata əsasən, sözügedən binaların qəzalı vəziyyətdə olması onların gələcəkdə söküntü proqramına daxil edilməsini gündəmə gətirib. Söküntünün həyata keçirilməsi halında həmin binalarda yaşayan sakinlərin mənzillərinin taleyi və onların hansı formada təmin olunacağı da ayrıca müəyyənləşdirilməli olacaq.
Qeyd edilən ünvanlardakı binaların sökülüb-sökülməyəcəyi ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edilib. Qurumdan bildirilib ki, sözügedən ərazi üzrə müvafiq investisiya təklifləri daxil olduğu və investorlar tərəfindən maraq göstərildiyi təqdirdə məsələyə baxıla bilər: “Hazırda isə həmin ərazidə dövlət tərəfindən söküntü işlərinin aparılması nəzərdə tutulmur”.
Qeyd edək ki, əvvəlki illərdə kvadratmetr üçün təxminən 1500 manat səviyyəsində olan ödənişlər hazırda Bakı üzrə orta hesabla 2700 manat civarındadır. Lakin bu rəqəm bütün ərazilər üçün eyni deyil.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












