Bunu etsəniz 50 manat cərimələnəcəksiniz - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!

Azərbaycanda yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri kimi sükan arxasında diqqətin yayınması göstərilir. Xüsusilə, mobil telefondan istifadə son illər qəzaların artmasına təsir edən əsas risk faktorlarından biri hesab olunur. Statistika və real hadisələr göstərir ki, bir neçə saniyəlik diqqətsizlik belə ağır nəticələrə gətirib çıxara bilər. Buna baxmayaraq, hazırda bu pozuntuya görə tətbiq edilən cərimə məbləği cəmiyyətdə birmənalı qarşılanmır və daha sərt sanksiyaların tətbiqi məsələsi gündəmə gəlir.
Bəs sükan arxasında mobil telefondan istifadə edənlərin sürücülük vəsiqəsinin müvəqqəti ləğvi Azərbaycanda real və məqsədəuyğun addım sayıla bilərmi?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, hazırkı vəziyyətdə bu pozuntuya görə birbaşa sürücülük hüququndan məhrumetmə düzgün yanaşma hesab edilmir:
“Bu, o qədər də ağır xəta deyil ki, buna görə sürücünü birbaşa vəsiqədən məhrum edəsən. Lakin sanksiyalar ağırlaşdırılsa, daha effektiv nəticə əldə etmək mümkündür”.
Ekspert qeyd edib ki, hazırda sükan arxasında mobil telefondan istifadəyə görə 50 manat məbləğində cərimə tətbiq olunur. Onun sözlərinə görə, bəzi sürücülər məsuliyyətdən yayınmaq üçün müxtəlif üsullara əl atırlar:
“Təəssüf ki, bəzi sürücülər bu məsələdə artıq “peşəkarlaşıblar”. Polis saxlayan zaman telefonu gizlədir, yerə atır və ya istifadə etmədiyini iddia edirlər. Sanki haqlı olduqlarını düşünürlər”.
Elməddin Muradlının fikrincə, əsas məsələ cərimənin məbləğindən daha çox sürücülərin məsuliyyət hissinin formalaşdırılmasıdır. O, vurğulayıb ki, mobil telefondan istifadə ağır yol qəzalarına səbəb ola bilər və bu fakt dəfələrlə təsdiqini tapıb:
“Dəfələrlə baş verib ki, sürücülər qəza törətdikdən sonra etiraf ediblər ki, diqqətləri telefona yayındığı üçün hadisə baş verib. İnsanlar anlamalıdır ki, sükan arxasında telefonla danışmaq və ya yazışmaq yalnız inzibati xəta deyil, həm də həyati riskdir”.
Yeddi illik baxımsızlıq: Sakinlərin yol problemi - VİDEO
Azərbaycanda yay belə keçəcək - TƏHLÜKƏ VAR
Pensiya və sosial müavinətlərdə yeni dəyişikliklər - Nələr olacaq?
Qonşu ölkədə nəqliyyatın hamilələr üçün pulsuz olması təklif edilir
Saxta satıcılar vətəndaşı aldatdılar: Polis hərəkətə keçdi - VİDEO
Bazar ərazisində iri tikinti: Gediş-gəliş çətinləşib - VİDEO
Bu ərazilərdə yaşayanlara şad xəbər - Sabahdan…
Pasiyenti səhv əməliyyat etdilər - Məşhur hospital kompensasiya ödəyəcək
Sabah hava necə olacaq?
"Eyvanda çay içirdim, birdən güclü səs gəldi" - Külək bir sıra bölgələrdə fəsadlar törədib - VİDEO
Məşhur platformada kritik sızma – 340 milyon insanın bank məlumatları təhlükədə










