Buraxılış imtahanına salınan suallar çətin olub? – Təhsil eksperti AÇIQLADI

Dövlət İmtahan Mərkəzi tərəfindən martın 9-u 58 mindən çox 1-ci istiqamət üzrə imtahan verən abituriyentlər üçün buraxılış imtihanı, qəbul imtihanının birinci məhələsi keçirildi. İmtahana düşən suallarla bağlı bir sıra iddialar irəli sürüldü. Hətta yayılan fotolarda imtahandakı suallardan bəzilərinin Türkiyə YÖS, Gürcüstanın universitetlərə qəbul sualları ilə eynilik təşkil etdiyi iddia edildi. Müxtəlif fərziyyələr irəli sürüldü ki, imtahan abituriyentlər üçün çətin təşkil edilmişdi və bu qəsdli cəhd oldu.
Mövzu ilə əlaqədar təhsil eksperti Elçin Əfəndi Avtosfer.az-a açıqlamasında bildirdi ki, çox təəssüf ki, bu buraxılış imtahanına qeyri-ciddi yanaşan şəxslərin də sayı çoxdur.

“Biz halbuki bildiririk ki, bu imtahan qəbul imtihanının birinci məhələsidir və abituriyentlər mümkün 700 balın 300 balını bu imtihanda toplayırlar. Amma çoxu üçün bu imtihan sadəcə sıradan bir imtihan və yaxud da attestat imtihanı kimi görür. Onların şüuraltlarında belə formalaşıb ki, bu, attestat imtahanıdır və sadə olmalıdır. Xeyr, bu, qəbul imtihanının birinci mərhələsidir. Burada 700 baldab 300 bal toplamaq mümkündür, blok imtihanında da 400 bal toplayırlar. Ona görə də təbii ki, imtihana ciddi hazırlaşmaq lazımdır. Hazırlaşmaqla paralel, bir də ciddi hazırlaşdırmaq lazımdır. Yəni, biz bəzi şəxsləri görürük ki, hansısa platformalarda abituriyentləri sadə suallar üzərində yönləndirlər, asan testlər üzərindən uşaqları “asan imtahan” psixologiyasında hazırlaşdırırlar. Belə imtahanlara, suallara öyrəşən abiyuriyent də birdən-birə yeni və çətin suallarla qarşılaşanda narazılıq bildirirlər. Sanki, bura qədər bu suallar işlədilməli idi və bu sualları görməli idilər. Belə bir qayda heç yerdə yoxdur. Yəni, Dövltə İmtahan Mərkəzinin tərtib etdiyi test toplusunda, yaxud daha əvvəlki imtahanlara salınan sualların budəfəki imtahana da salınması mütləq deyil. Xeyr, ola bilər, biri, ikisi və yaxud da üç-dördü hansısa bir dəyişiklik edilərək qarşımıza çıxa bilər”.
Səfər
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA












