Çörək bahalaşdı - 1 manat 10 qəpik - FOTO

Bəzi çörək növlərinin qiyməti artıb. Qiymət artımı əsasən "baton" çörəklərində qeydə alınıb. Belə ki, əvvəllər doğranmış "baton" çörəkləri 1 manata satılırdısa, hazırda 1 manat 10 qəpiyə təklif olunur. Qiymət artımı supermarketlərdə hazırlanan çörək növlərində də qeydə alınıb. Bir sözlə "zavod çörəyi"ndən başqa digər çörək növlərində bu və digər şəkildə bahalaşma var.
Bəs, qiymət artımın səbəbi nədir?
Avtosfer.az xəbər verir ki, məsələyə münasibət bildirən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media-ya açıqlamasında deyib ki, son vaxtlar zavod çörəyindən başqa çörək növlərinin bahalaşmasının əsas səbəbi istehsal xərclərinin artmasıdır:
"Çeşidli çörəklər adətən özəl sexlərdə və kiçik istehsalçılar tərəfindən hazırlanır və onlar un, maya, yağ, elektrik enerjisi, qaz, işçi haqqı və nəqliyyat xərclərindəki artımı daha tez hiss edirlər.
Xüsusilə, unun və digər xammalın qiymətinin bahalaşması bu çörəklərin maya dəyərini yüksəldib.
Zavod çörəyinin qiyməti isə dövlət nəzarətində saxlanıldığı üçün uzun müddət dəyişmir və istehsalçılar subsidiyalar və ya daxili balans hesabına qiyməti sabit tutmağa çalışırlar. Digər çörək növləri bu mexanizmə daxil olmadığından bazar şərtlərinə uyğun olaraq qiymət artırmaq məcburiyyətində qalırlar. Nəticədə, xərclər artdıqca bu çörəklərin qiyməti də 20-30 qəpik civarında yüksəlir".


Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












