Deputatdan ŞAD XƏBƏR: Bu şəxslərin MAAŞI ARTIRILIR

Hərbi qulluqçuların əməkhaqlarının artırılması onların sosial təminatı və ailə büdcəsinin formalaşması baxımından mühüm məsələdir. Maaşlarda nəzərdə tutulan 22,8 faizlik artım hərbçilərin nominal gəlirlərinin yüksəlməsinə səbəb olmaqla yanaşı, inflyasiya və gündəlik xərclərin artımı fonunda real gəlirlərə də təsir göstərə bilər.
Bəs, hərbçilərin maaşlarının 22,8 faiz artırılması onların sosial təminatına və maddi rifahına necə təsir göstərəcək və bu artım hərbi qulluqçuların gəlirlərinin inflyasiya qarşısında alıcılıq qabiliyyətinin qorunmasına nə dərəcədə kömək edə bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, oktyabr ayından etibarən hərbçilərin maaşlarında artımlar olacaq:
"Bu artımlar üçün dövlət büdcəsindən əlavə olaraq 550 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Artım bütün hərbçilər üçün eyni olmayacaq. Bəzi hərbçilər üzrə daha yüksək əməkhaqqı artımları nəzərdə tutulub. Orta hesabla 22,8 faiz artım gözlənilir. Artımın faizi hərbçinin rütbəsi və tutduğu vəzifədən asılı olacaq. Məqsəd hərbçilərin sosial təminatını daha da yaxşılaşdırmaqdır. Bu artımlar hərbçilərin sosial müdafiəsinin güclənməsinə imkan verəcək. Ümumiyyətlə, bu, mərhələli şəkildə əməkhaqqı artımlarının davam etdiyini və gələcəkdə də davam edəcəyini göstərir".
Deputat bildirib ki, daha əvvəl də Mehriban xanım Əliyevanın təşəbbüsü ilə tibb işçilərinin əməkhaqlarında artımlar oldu:
"Bu ilin fevral-mart aylarında Prezidentin imzaladığı sənədlə dövlət qulluqçularının maaşları artırıldı və bu proses davam edir. Əsas məqsədlərdən biri də artımların real dəyərinin qorunmasıdır. Buna uyğun olaraq inflyasiyanın tənzimlənməsi və optimallaşdırılması istiqamətində sistemli işlər aparılır. Bu baxımdan, əməkhaqqı artımları hərbçi vətəndaşlarımızın sosial təminatının daha da yaxşılaşmasına dəstək olacaq".
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS












