Dərman alanlara xəbərdarlıq: Apteklərdə yeni vəziyyət necə olacaq?

Azərbaycanda yerli dərman istehsalının genişləndirilməsi apteklərdə qiymətlərin aşağı düşməsinə səbəb ola bilərmi?
Avtosfer.az-ın məlumatına görə, Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov Ajans.az-a açıqlamasında bildirib ki, dərman preparatlarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi əsas prioritetlərdən biri olmalıdır.
Onun sözlərinə görə, ölkədə dərman istehlakı kifayət qədər böyük vəsait tələb edir və bazarın idxaldan asılı olması həmin vəsaitlərin ölkədən çıxmasına səbəb olur: “Yeni dərman istehsalı müəssisəsinin istifadəyə verilməsi idxalın minimallaşdırılması və istehlakın daha çox yerli istehsal hesabına ödənilməsi məqsədi daşıyır. Dərman və əczaçılıq sahəsində istehsalın artırılması yerli istehsalın genişləndirilməsi baxımından prioritet istiqamətlərdəndir".
Deputatın fikrincə, yerli istehsalın artması yalnız idxaldan asılılığın azaldılması ilə məhdudlaşmır. Bu proses valyutanın ölkədə qalmasına, yerli istehsal hesabına əlavə dəyərin yaradılmasına və yeni iş yerlərinin formalaşmasına da imkan yarada bilər.
Yerli dərman istehsalının genişlənməsi vətəndaşın aptekdə ödədiyi məbləğə nə vaxt və hansı şərtlərlə təsir edə bilər?
Deputat qeyd edib ki, dərman bazarında yerli istehsalın artırılması idxaldan asılılığın minimallaşdırılması baxımından əhəmiyyətlidir: "Bu isə bazarda rəqabətin necə formalaşacağı, yerli məhsulların qiymətinin idxal olunan preparatlarla müqayisədə hansı səviyyədə olacağı və nəticədə istehlakçının bundan nə dərəcədə faydalana biləcəyi məsələsini gündəmə gətirir".
V.Bayramov qeyd edib ki, əsas məsələ isə yerli istehsalın sadəcə artması deyil, bunun dərman qiymətlərinə real təsirinin təmin edilməsidir.
Qeyd edək ki, Məsələ Pirallahı Sənaye Parkında yeni dərman istehsalı müəssisəsinin fəaliyyətə başlamasından sonra yenidən gündəmə gəlib.
Oktyabrın 5-də Prezident İlham Əliyevin iştirakı ilə “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman istehsalı müəssisəsinin açılışı keçirilib.
Müəssisəyə qoyulan investisiyanın ümumi dəyəri 113,9 milyon manat təşkil edir. Zavodun illik istehsal gücü 60 milyon qutu dərman, o cümlədən 2,5 milyard tablet və kapsuldur.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












