"Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir"

"İstər qida məhsulları, istər dərman vasitələri, istərsə də sənaye mallarının qiyməti bazarda azad rəqabət əsasında formalaşmalıdır”. Avtosfer.az xəbər verir ki, bunu "Qaynarinfo"ya açıqlamasında professor Adil Qeybulla Tarif Şurasının 143 dərman vasitəsinin qiymətini yenidən tənzimləməsinə münasibət bildirərkən deyib.
Ekspertin fikrincə, qiymətlərin inzibati qaydada tənzimlənməsi uzunmüddətli perspektivdə effektiv nəticə vermir:
"Tarif Şurası kimi antiinhisar funksiyası daşıyan qurumun bu məsələlərə müdaxiləsi heç vaxt arzuolunan nəticə verməyib. Çünki dərmanların böyük əksəriyyəti kommersiya şirkətləri tərəfindən ölkəyə idxal olunur və onların qiymətinə bazar amilləri təsir göstərir. Yalnız onkoloji, psixotrop, xüsusi təyinatlı və humanitar yardım yolu ilə gətirilən dərmanlar istisna təşkil edir”.

Adil Qeybulla bildirib ki, dərmanların qiymətinə idxal zamanı ödənilən gömrük rüsumları, logistika və nəqliyyat xərcləri də birbaşa təsir edir:
"Tarif Şurası yalnız o halda qiymətləri sabit saxlaya bilər ki, həmin dərmanlar gömrük rüsumundan azad edilsin və idxalçılar qarşısında müəyyən öhdəliklər qoyulsun. Əgər bütün sahələrdə qiymətlər artırsa, bu, təbii olaraq dərman bazarına da təsir göstərəcək”.
Qeyd edək ki, Tarif Şurası Azərbaycanda 143 dərman vasitəsinin qiymətinin yuxarı həddini yenidən müəyyənləşdirib. Qərar Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş qaydalara və Tarif Şurasının 21 iyul 2015-ci il tarixli Təlimatına uyğun olaraq qəbul edilib.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












