Diabet riskini üç aya azaltmağın sadə yolu açıqlandı

Sadə qidalanma vərdişləri sayəsində diabet riskini cəmi üç aya azaltmaq mümkündür. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, diyetoloq-qastroenteroloq Nuriya Dianova bu barədə Lenta.ru-ya müsahibəsində danışıb. Həkimin sözlərinə görə, prediabet və ikinci tip diabetin yaranmasına stres, az fiziki aktivlik və zərərli qidaların həddindən artıq istifadəsi səbəb olur. Dianova qeyd edib ki, bütün risk faktorlarını birdən-birə aradan qaldırmaq düzgün deyil. O, ilk növbədə şirin qazlı içkilərdən və həddindən artıq şəkər istifadəsindən imtina etməyi tövsiyə edib. "Şəkər əvəzinə şəkərsiz faydalı şirniyyatlardan, emal olunmamış quru meyvə və qoz-fındıqdan istifadə edin. Qazlı içkilərin yerinə isə meyvə, giləmeyvə, nanə və ya reyhan əlavə olunmuş suyu seçin", - deyə həkim bildirib.
Dianova əlavə edib ki, ağ undan hazırlanan məhsullar və emal olunmuş ət məhsullarının istifadəsini azaltmaq da diabet riskini aşağı salır. Onun sözlərinə görə, bu məhsulların əvəzinə tam taxıllı çörək, balıq, quş əti və ev yeməklərinə üstünlük verilməlidir. "Bir ay ərzində bir faydalı vərdişi davamlı tətbiq etmək insanı risk zonasından çıxara bilər", - deyə o vurğulayıb.
Həkim qeyd edib ki, qidalanma vərdişlərini mərhələli şəkildə dəyişmək daha effektivdir və bu yanaşma yeni rejimə uyğunlaşmanı asanlaşdırır.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












