Dünya ərzaq böhranı ilə üz-üzə - XƏBƏRDARLIQ

ABŞ-İsrail və İran müharibəsinin doğurduğu gərginlik qlobal ərzaq qiymətlərinin son üç ildə maksimum həddə çatmasına səbəb olub.
Avtosfer.az "Redaktor.az"a istinadən xəbər verir ki, bu məlumatı "Tasnim" agentliyi yayıb.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının təqdim etdiyi hesabatda bildirilir ki, apreldə qlobal ərzaq qiymətləri indeksi mart ayı ilə müqayisədə 1.6 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 2.5 faiz yüksəlib. Ən nəzərəçarpan qiymət artımı taxıl, ət və bitki yağlarında müşahidə edilib.
İran və ABŞ arasındakı münaqişənin 10 həftə sürməsi, həmçinin Hörmüz boğazının faktiki bağlanması aqrar məhsulların, gübrənin və dizel yanacağının nəqlində ciddi problemlər yaradıb. Mövcud vəziyyət həm istehsal həcminin düşməsinə, həm də məhsulların bahalaşmasına gətirib çıxarır.
Təşkilatın baş iqtisadçısı Maksimo Toreronun sözlərinə görə, cari dövrdə bazarda nisbi sabitlik hiss edilsə də, xammal və enerji xərclərindəki artım tezliklə son istehlakçılar üçün də öz təsirini göstərəcək.
Təkcə bitki yağları üzrə indeks martdan bəri 5.9 faiz artım nümayiş etdirərək 2022-ci ilin iyul ayından sonrakı ən yüksək səviyyəyə çatıb. Eyni zamanda ətin qiyməti 1.2 faiz, taxıl məhsullarının dəyəri isə 0.8 faiz bahalaşıb.
Torero xəbərdarlıq edib ki, əgər mövcud böhran vəziyyəti 90 gün ərzində davam edərsə, 2026-cı ilin sonlarında və 2027-ci ildə qlobal miqyasda kəskin ərzaq çatışmazlığı təhlükəsi meydana gələ bilər.
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS












