Əmək bazarında yaş səddi: 40-ı keçənlər iş tapa bilmir

Əmək bazarında yaş amili işə qəbul prosesində mühüm rol oynayır. Xüsusilə 40 yaşdan yuxarı şəxslər bəzi vakansiyalarda yaş məhdudiyyəti ilə qarşılaşdıqlarını və iş tapmaqda çətinlik çəkdiklərini bildirirlər.
İqtisadçı Natiq Cəfərli bildirib ki, işəgötürənin yaşlı deyil, gənc işçilərə üstünlük verməsi gələcəyi düşünməsi ilə bağlıdır.
Onun sözlərinə görə, işəgötürən gələcəyi düşünərək gənc işçiyə işi öyrədir və təcrübə qazandırdıqdan sonra həmin əməkdaşın uzun müddət şirkətə, istehsal sahəsinə və ya biznesə xidmət edəcəyini nəzərə alır. O qeyd edib ki, bu yanaşma əsasən özəl sektora aiddir, dövlət sektorunda isə meyarlar bir qədər fərqlidir.
N.Cəfərlinin fikrincə, digər səbəb gənclərin ilkin mərhələdə daha az maaşla işləməyə razı olmasıdır. Yaşlı insanlar adətən ailəli olduğundan onlar aşağı əməkhaqqı ilə işləməyə daha az meylli olurlar. Ekspert gənc işçilərə üstünlük verilməsinin başqa səbəblərinin də olduğunu bildirdi:
“Gənclərin yenilikləri daha tez mənimsəməsi və yeni biliklərə uyğunlaşmaq qabiliyyəti də işəgötürənlərin seçimində mühüm rol oynayır. Bütün bu səbəblər birlikdə nəzərə alındıqda, işəgötürənlərin gənclərə üstünlük verməsi daha aydın görünür. Əmək bazarında gənclərin sayının çox olması və onların yeni biliklərə açıq olması şirkətlər üçün müəyyən üstünlüklər yaradır. Bununla yanaşı, işəgötürənlərin seçim zamanı yalnız yaş amilini deyil, namizədin peşəkar bacarıqlarını, təcrübəsini və işə uyğunluğunu da nəzərə alması vacibdir”.
İqtisadçı hesab edir ki, əmək bazarında gənclərin də işə qəbulunda problemlər olur və onlardan biri təcrübə tələbinin yüksək olmasıdır:
“Gənclər ilk iş təcrübəsini əldə etməkdə çətinlik çəkərkən, işəgötürənlər isə hazır və təcrübəli kadr axtarışında olurlar. Bu ziddiyyət nəticəsində əmək bazarına yeni daxil olan şəxslərin iş tapması daha da çətinləşə bilər”./sfera.az
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












