“Eşref Rüya”nın finalından sonra Çağatay Ulusoy ilə bağlı ŞOK QƏRAR

Türkiyə televziyasında - Kanal D-də yayımlanan və böyük maraqla izlənilən "Eşref Rüya" serialının finalından sonra aktyor heyəti ilə bağlı diqqətçəkən hadisə yaşanıb. Avtosfer.az “Nocomment.az”a istinadən xəbər verir ki, məlumata görə, serialda rol alan Büşra Develi, Levent Özdilek, Necip Memili və Görkem Sevindik final bölümünün yayımlanmasından sonra baş rol ifaçısı Çağatay Ulusoyu İnstaqram hesablarında izləmədən çıxıblar. Bu addım serialın çəkilişləri zamanı aktyorlar arasında münasibətlərin gərgin olduğu barədə iddiaları yenidən gündəmə gətirib. Uzun müddətdir kulislərdə çəkiliş meydançasında bəzi narazılıqların yaşandığı və atmosferin gərgin olduğu barədə xəbərlər yayılırdı.
Serialın başa çatmasından dərhal sonra dörd aktyorun eyni vaxtda Çağatay Ulusoyu izləmədən çıxması sosial mediada geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər bunu çəkiliş prosesi ərzində yaşanan fikir ayrılıqları ilə əlaqələndiriblər. İddialara görə, çəkiliş meydançasında müəyyən səhnələr, iş prinsipləri və aktyorlar arasındakı münasibətlərlə bağlı fikir ayrılıqları yaşanıb. Lakin bu barədə tərəflərdən hər hansı rəsmi açıqlama verilməyib. Sosial şəbəkələrdə yayılan məlumatlar Türkiyə şou-biznes gündəminin əsas mövzularından birinə çevrilib. Hələlik nə Çağatay Ulusoy, nə də digər aktyorlar məsələ ilə bağlı açıqlama verməyiblər.

Büşra Develi

Levent Özdilek

Necip Memili

Görkem Sevindik
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












