Etibarnamə ilə torpaq alanları hansı risklər gözləyir?

Etibarnamə əsasında əldə edilən torpaq sahələrinin hüquqi taleyi, xüsusilə torpağın ilkin sahibinin vəfatı halında, vətəndaşları narahat edən əsas məsələlərdən biridir.
Belə vəziyyətdə torpağın necə sənədləşdirilməsi mümkündür?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən hüquqşünas Müşfiq Abbasov bildirib ki, etibarnamə torpaq üzərində mülkiyyət hüququ yaratmır, sadəcə həmin şəxsə müəyyən səlahiyyətlərin verilməsini nəzərdə tutur.

Onun sözlərinə görə, əgər torpaq sahəsi etibarnamə vasitəsilə faktiki olaraq satılıbsa, lakin bu alqı-satqı rəsmi şəkildə sənədləşdirilməyibsə, hüquqi vəziyyət mürəkkəbləşir:
“Etibarnamə torpaq sahəsi ilə bağlı verilibsə, bu, həmin şəxsə etimad göstərilməsi deməkdir. Burada birbaşa alqı-satqıdan söhbət getmir. Əgər etibarnamə faktiki alqı-satqı kimi istifadə olunubsa və müqavilə rəsmiləşdirilməyibsə, etibar edən şəxs vəfat etdikdə etibarnamə qüvvəsini itirir. Şəxs məhkəməyə müraciət edərək alqı-satqı müqaviləsinin bağlanmış hesab olunmasını tələb etməlidir. Lakin məhkəmənin bu iddianı təmin edib-etməyəcəyi təqdim olunan sübutlardan asılıdır. Şəxs sübut etməlidir ki, torpağı faktiki olaraq alıb, sadəcə müqaviləni rəsmiləşdirməyib və bunun əvəzinə etibarnamə verilib. Bu sübutlar məhkəmə üçün əsas rol oynayır”.
Beləliklə, hüquqşünasların fikrincə, etibarnamə ilə torpaq əldə edən şəxslər risklə üz-üzə qalırlar və gələcəkdə problemlərlə qarşılaşmamaq üçün alqı-satqı müqaviləsini rəsmi qaydada rəsmiləşdirmələri vacibdir.
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS












