Ev almaq istəyənlərə pis xəbər...

Tikinti materiallarının qiymətində dəyişikliklərin daşınmaz əmlak bazarına təsiri tez-tez müzakirə olunan məsələlərdən biridir. Bu sahədə mümkün ucuzlaşmalarla bağlı suallar daha da aktuallaşıb. Amma ev qiymətlərinin formalaşması yalnız tikinti materiallarından asılı deyil, daha geniş iqtisadi amillərin təsiri altında müəyyən olunur. Bu baxımdan, Bakıda yaxın müddətdə mənzil qiymətlərində ucuzlaşma ehtimalı və ümumi bazar tendensiyası xüsusi maraq doğurur.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı Vüqar Oruc Demokrat.az-a bildirib ki, tikinti materialları ucuzlaşsa belə, evlərin qiymətinə təsir etmir:
"Tikinti materiallarının qiyməti evlərin maya dəyərinin formalaşmasında rol oynayan amillərdən biridir və onun qiymətinə təsir edən bir neçə faktorun içində yer alır. Əsas məsələ investisiya cəlbediciliyidir, işçi qüvvəsinin əməkhaqqısı, kredit faizləri, makroiqtisadi göstəricilərdir. Bundan əlavə, Azərbaycanda, xüsusilə Bakı şəhərində davam edən urbanizasiya da mühüm amildir. Daxili miqrasiya və urbanizasiya nəticəsində əhali axını güclüdür. Bu da mənzil bazarına tələbi artırır.
Ev tikmək və satmaq hazırda biznesin bir sahəsidir və bütün bu amillər maya dəyərinin azalmasına imkan vermir. Eyni zamanda, investisiya cəlbediciliyinin yüksək olması da bazarda qiymətlərin ucuzlaşmasının qarşısını alır. Nəticədə bazara çıxarılan evlərin qiymətində ciddi ucuzlaşma müşahidə olunmur".
Ekspert deyib ki, bu tendensiyanın uzun müddət davam edəcəyi ehtimal olunur:
"Sadəcə olaraq, qiymət artımının tempi yavaşlaya bilər və ya müəyyən dövrlərdə sabitlik yarana bilər. Amma ümumi mənzərə baxımından kəskin ucuzlaşma gözlənilmir. Fərdi yaşayış evlərində isə yalnız lokal amillər, məsələn, torpaq sürüşməsi, subasma və digər risklər olduqda müəyyən ucuzlaşma baş verə bilər. Amma ümumi bazar üzrə evlərin qiymətinin düşməsi real görünmür. Tələbat yüksəkdir, hər il tikilən evlərin sayı isə tələb olunan səviyyədən aşağı qalır. İnflyasiya da maya dəyərinə birbaşa təsir edir. Məsələn, əvvəllər bir işi 4 manata görən fəhlə indi 10 manata görür. Eyni zamanda tikinti şirkətləri də inflyasiya və pulun alıcılıq qabiliyyətinə uyğun olaraq daha yüksək gəlir gözləntisində olurlar.
Bu baxımdan, ev qiymətlərində ucuzlaşma ehtimalı demək olar ki, yoxdur. Daha çox artım tempinin zəifləməsi və ya qiymətlərin müəyyən dövrlərdə sabit qalması mümkündür. Yalnız ciddi və gözlənilməz iqtisadi və ya təbii kataklizmlər baş verərsə, bu dinamika dəyişə bilər.
Hazırkı stabil makroiqtisadi şərait davam edərsə, mənzillərin qiymətində uzunmüddətli artım tendensiyası qalacaq. Xüsusilə də mənzillərə tələbatın daha yüksək olması bu prosesi gücləndirir", - deyə o qeyd edib.
Yəni, ölkədə tikinti materiallarının qiyməti aşağı düşsə belə, fəhlə pulu, yüksək tələbat, Bakıya axın və inflyasiya kimi səbəblərdən evlərin ucuzlaşması gözlənilmir, əksinə qiymətlər artmağa davam edəcək.
Xəzər dənizi sürətlə kiçilir - Narahatedici rəqəmlər
Şamaxıda lavanda həvəsi cib yandırır: Giriş 8 manatdır - FOTO
Avropadakı rekord istilər Azərbaycana da gələcək?
Metronun Bənövşəyi xətti üzrə yay qrafikinə keçilir
Baş nazir QƏRAR İMZALADI
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - SABAHIN HAVASI
Tezliklə maaşlar artırıla bilər - Əhaliyə sevindirici xəbər
Bu şəxslər hərbi xidmətə çağırılır - İyulun 1-dən
Şamaxıda torpaq sürüşməsi oldu - Yollar yararsız hala düşdü - VİDEO
Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı - VİDEO
Bakıda kabusa çevrilən küçə: "Qəzalar olur, baxan yoxdur" - VİDEO










