Ev almaq, yoxsa tikdirmək sərfəlidir? - VİDEO

Son illər yaşayış sahələrinin qiymətlərinin sürətlə artması ev sahibi olmaq üçün müxtəlif üsulları aktuallaşdırır. Bunlardan biri də fərdi ev tikdirməkdir. Ancaq nəzərə almaq lazımdır ki, son illərdə bahalaşma torpaq sahələri və tikinti materiallarından da yan keçməyib.
Bəs istənilən halda çoxmərtəbəli binadan mənzil almaq, yoxsa torpaq sahəsi əldə edib fərdi ev tikdirmək daha sərfəlidir?
Avtosfer.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Baku TV-yə münasib məkanlarda ucuz torpaq sahələri tapıldığı təqdirdə, fərdi ev tikintisinin daha sərfəli olduğunu bildirir:
"Orta təmir, ilkin təmir, yaxşı təmir olmağından asılı olaraq, tikinti prosesinin hər kvadratmetri üçün təqribən 500-800 manat arasında xərc tələb olunur. Bunun üzərinə torpaq sahəsinə sərf olunan xərclər və abadlaşdırma işləri əlavə edildikdə, bir kvadratmetr təxminən 1000 manata başa gəlir. Mənzillər isə daha yüksək qiymətə təklif olunur. Şəhərin mərkəzində orta qiymət təqribən 3500 manatdır. Ən yüksək qiymət isə Nəsimi rayonunda 17 min manata təklif olunur".
Ekspert deyir ki, kiçikölçülü tikili üçün 2-3 sot, böyükölçülü ev üçün isə daha artıq ərazi tələb olunur. Torpaq sahələrinin dəyəri isə əraziyə görə dəyişir: elan saytlarına nəzər salanda məlum olur ki, Bakıətrafı ərazilərdə qiymət 1 sota görə 6 min manatdan başlayır. Bu qiymətə Saray qəsəbəsi, Fatmayi və Məmmədli kəndlərində çıxarışlı torpaq sahələri təklif olunur. Paytaxtın mərkəzinə yaxın ərazilərdə isə qiymətlər bir sota görə 55-60 min manatdan başlayır. Eyni qiymətə Əhmədli, Həzi Aslanov qəsəbəsindən də çıxarışlı torpaq sahələri almaq mümkündür.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












