Ev tikmək və ya almaq istəyən vətəndaş nələrə diqqət etməlidir? - Memar AÇIQLADI

Ev almaq və ya tikmək istəyən insanlar üçün ərazi seçimi mühüm məsələlərdən biridir. Hər bir ərazinin özünəməxsus xüsusiyyətləri, imkanları və şərtləri mövcuddur. Bu baxımdan seçim edərkən müxtəlif amilləri nəzərə almaq vacibdir. Bununla belə, bəzi insanlar bu məsələlərə kifayət qədər diqqət yetirmir, tələsik qərar verərək ev alır və ya tikintiyə başlayırlar. Nəticədə isə sonradan müxtəlif çətinliklərlə üzləşirlər. İnfrastruktur problemləri, sənədləşmə məsələləri və ya gündəlik yaşayışı çətinləşdirən digər amillər ortaya çıxır. Bu da göstərir ki, belə qərarlar verərkən əvvəlcədən daha diqqətli yanaşmaq və bütün detalları araşdırmaq böyük əhəmiyyət daşıyır.
Məsələ ilə bağlı memar Cahid Həsənov Avtosfer.az-a açıqlamasında bildirib ki, Bakıda elə yerlər var ki, oradan ev almaq və ya ev tikmək məqsədəuyğun hesab olunmur:

“Birinci növbədə yamaclar, təpələr, torpaq sürüşməsinin tez-tez baş verdiyi ərazilər bu baxımdan riskli sayılır. Bundan əlavə, yamac və dağlıq olmasa belə, düz sahələrdə drenaj sisteminin olmaması, ətrafında göl və ya çayların olması, relyef baxımından aşağı səviyyədə yerləşməsi kimi hallarda da həmin ərazilər ümumilikdə məqsədəuyğun hesab olunmur. İnsanlar bəzən “ucuzdur, tez tikək” deyərək bu cür addımlar atırlar. Lakin bu, gələcəkdə həm maddi, həm də digər baxımdan ciddi problemlərə səbəb olur. Plansız və nizamsız tikinti hallarının müşahidə olunmasına gəldikdə isə bu proses 1990-cı illərdən başlayıb. Bakının mərkəzindən kənar ərazilərdə, kənd və qəsəbələrdə, Masazır istiqamətində və digər boş sahələrdə bu hallar daha çox yayılıb. O dövrdə insanlar mərkəzdə baha qiymətə ev ala bilmədikləri və ya icazə prosedurlarının çətin olduğu üçün bu ərazilərə üz tuturdular. Tez bir zamanda çox vaxt usta çağırılaraq tikinti aparılırdı. Bu tikililər isə çox zaman nizamsız, səliqəsiz, hətta konstruksiya baxımından standartlara cavab verməyən formada olurdu. Su və kanalizasiya sisteminin olmaması kimi problemlər də geniş yayılmışdı”.
Memarın sözlərinə görə, gələcəkdə sakinlər üçün problem yarada biləcək yaşayış layihələrini əvvəlcədən müəyyən etməyin ən sadə yolu Bakı şəhərinin Baş planına baxmaqdır:
“Bu baş plana uyğun olaraq ev tikmək istəyən vətəndaş və ya sahibkar həmin xəritəyə əsaslanmalıdır. Əgər gələcəkdə uğurlu və təhlükəsiz yaşayış istəyirsə, bunu mütləq nəzərə almalıdır. Xarici ölkələrlə müqayisədə bizdə fərqli yanaşma var. Orada insanlar əvvəlcə memarlıq və şəhərsalma mütəxəssislərinə müraciət edir, müəyyən ödəniş qarşılığında ərazinin riskləri araşdırılır. Dəniz və ya göl daşqınları, torpaq sürüşməsi, kanalizasiya və infrastruktur imkanları əvvəlcədən qiymətləndirilir. Bu araşdırmalar nəticəsində vətəndaşa tam hesabat təqdim olunur. Bizdə isə bu sistem uzun müddət tam formalaşmamışdı. Lakin artıq Arxitektura və Şəhərsalma Komitəsi tərəfindən daha ciddi nəzarət mexanizmləri tətbiq olunur ki, bu da vətəndaşın özünün xeyrinədir. Buna baxmayaraq, hələ də bəzi hallarda insanlar sənədsiz və icazəsiz tikililərə üstünlük verirlər. Nəticədə isə belə evlərdə yaşamaq çətinləşir, hətta bəzi hallarda elektrik və digər kommunal xidmətlərin çəkilməsinə icazə verilmir. Bu isə göstərir ki, tikinti prosesində qaydalara əməl etmək həm təhlükəsizlik, həm də gələcək rahatlıq üçün çox vacibdir”.
Nurcan Babək
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza












