Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından AÇIQLAMA

Bir müddət öncə Azərbaycanda bəzi apteklərdə eyni dərmanların fərqli qiymətlərə satılması ilə bağlı məlumatlar yayılıb. Bildirilib ki, qiymətlər arasında fərq 15-20 manat civarında təşkil edir. Bu isə xüsusən də maddi imkanı az olan və evində xəstəsi olan ailələrin dərman alması üçün müəyyən çətinliklər yaradır.
Avtosfer.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu barədə dərmanların qiymət fərqi ilə bağlı Tarif Şurasından bildirilib.
Tarif Şurasından vurğulanıb ki, ölkəmizdə dərman vasitələrinin qiymətləri Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq Qaydaya və Tarif (qiymət) Şurasının qiymətlərin hesablanmasına dair Təlimatına əsasən tənzimlənir. Bu zaman dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddi müəyyən edilir. Apteklər dərmanları təsdiqlənmiş həddən aşağı qiymətə sata bilərlər:
"Buna görə də eyni dərman vasitəsinin müxtəlif apteklərdə satış qiyməti fərqlənə bilər. Müəyyən edilmiş yuxarı həddən baha satışa görə isə İnzibati Xətalar Məcəlləsində məsuliyyət nəzərdə tutulur.
Məsələn, hər hansı bir dərman vasitəsinin qiymətinin yuxarı həddi 5 manat məbləğində təsdiqlənibsə, həmin dərman vasitəsinin maksimum qiyməti 5 manat ola bilər və o, 5 manatdan da aşağı qiymətə satıla bilər".
Qeyd olunub ki, qiymətlərin hesablanmasında xarici referans qiymət yanaşması tətbiq olunur. Yəni istinad ölkələrinin rəsmi və açıq mənbələrindəki qiymətlər əsas götürülür. Müəyyən edilmiş bazis qiymət əsasında topdansatış və aptek təşkilatları üçün nəzərdə tutulan əlavələr, nəzarət markasının qiyməti və ƏDV nəzərə alınmaqla satış qiymətlərinin yuxarı həddi hesablanır:
"Qiymətlərin tənzimlənməsi ilə bağlı normativ hüquqi sənədlər və istinad mənbələri ilə Tarif Şurasının rəsmi internet səhifəsində tanış olmaq mümkündür. Eynitərkibli, lakin müxtəlif istehsalçılara məxsus dərman vasitələrinin qiymətləri də fərqlənə bilər. Qiymət tənzimlənməsi zamanı istehsal ölkələrinin aid olduğu qruplar, həmin ölkələrdə dərman istehsalına tətbiq edilən tələblər, əczaçılıq sənayesinin inkişafı və istinad bazarlarındakı qiymətlər nəzərə alınır".
O da bildirilib ki, həmçinin apteklərdə satılan bioloji aktiv qida məhsulları dərman vasitəsi hesab edilmir və onların qiymətləri dövlət tərəfindən tənzimlənmir:
"Bu səbəbdən həmin məhsulların qiymətləri apteklər üzrə fərqlənə bilər".
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA












