Gələn ildən ailələrə “uşaqpulu” verilə bilər – AÇIQLAMA

Azərbaycanda yeni doğulan uşaqlara dövlət tərəfindən aylıq və ya birdəfəlik ödənişin verilməsi məsələsi yenidən gündəmə gələ bilər. Xüsusilə gələn ilin dövlət büdcəsi ilə bağlı müzakirələr ərəfəsində bu istiqamətdə hər hansı qərarın qəbul edilib-edilməyəcəyi maraq doğurur.
Bəs gələn ildən yeni doğulan uşaqlara "uşaq pulu” verilməsi mümkün olacaqmı?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, belə bir ödənişin tətbiqi həm dövlət büdcəsinin müzakirələri zamanı, həm də Nazirlər Kabinetinin qərarı ilə mümkün ola bilər:
"Büdcə müzakirələri oktyabrın sonu – noyabrın əvvəlində başlayacaq. Yaxud Nazirlər Kabinetinin qərarı ilə belə bir addımın atılması mümkündür.
Hələlik bununla bağlı müzakirələr olsa da, hansısa qərarvermə mexanizminin yaradılması ilə bağlı məlumat yoxdur. Ümid edək ki, olacaq. Ancaq büdcə müzakirələri zamanı çox güman ki, məsələ parlamentdə gündəmə gələcək”.
Beləliklə, gələn ildən yeni doğulan uşaqlara aylıq və ya birdəfəlik "uşaq pulu”nun verilib-verilməyəcəyi ilə bağlı yekun qərarın dövlət büdcəsi müzakirələri və ya Nazirlər Kabinetinin müvafiq qərarı çərçivəsində müəyyənləşməsi gözlənilir.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












