Gənclərdə qəfil ürək dayanmasının səbəbi nədir? - ARAŞDIRMA

"Cedars-Sinai Medical Center" alimləri müəyyən ediblər ki, gənclərdə qəfil ürək dayanması əksər hallarda irsi genetik mutasiyalarla bağlı olur.
Avtosfer.az "redaktor.az"a istinadən xəbər verir ki, araşdırmanın nəticələri "JACC: Clinical Electrophysiology" jurnalında dərc olunub.
Məlumata görə, qəfil ürək dayanması ürəyin elektrik fəaliyyətində yaranan pozuntu nəticəsində baş verir. Bu zaman ürək qanı normal şəkildə vurmağı dayandırır və təcili tibbi yardım göstərilmədikdə vəziyyət əksər hallarda ölümlə nəticələnir.
Tədqiqat zamanı alimlər qəfil ürək dayanmasından sağ çıxan 3 mindən çox insanın genetik məlumatlarını araşdırıblar. Nəticədə ürək ritminin təhlükəli pozuntularına səbəb olan 15 gen müəyyən edilib.
Araşdırma göstərib ki, genetik faktorlarla ən güclü əlaqə gənc yaş qrupunda müşahidə olunur. Belə ki, 29 yaşdan aşağı şəxslərin təxminən 10 faizində təhlükəli genetik mutasiyalar aşkarlanıb. 70 yaşdan yuxarı insanlarda isə bu göstərici cəmi 3 faiz təşkil edib.
Alimlər bildiriblər ki, bu nəticələr müxtəlif yaş qruplarında qəfil ürək dayanmasının səbəblərinin fərqli olduğunu göstərir. Gənclərdə problem daha çox irsi və anadangəlmə ürək pozuntuları ilə əlaqəli olur. Yaşlı insanlarda isə əsas səbəb damar tutulması, ürəyin işemik xəstəliyi və digər ürək-damar problemləridir.
Mütəxəssislərin fikrincə, araşdırmanın nəticələri qəfil ürək dayanmasının qarşısının alınması ilə bağlı yanaşmaları dəyişə bilər. Ailəsində belə hallar olan şəxslərə genetik müayinədən keçmək tövsiyə olunur. Bu, riskin əvvəlcədən müəyyən edilməsinə və vaxtında müalicə və ya həyat tərzi dəyişikliklərinin aparılmasına imkan yarada bilər.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












