"Gmail" hesablarınız silinə bilər – XƏBƏRDARLIQ

"Google" şirkətinə məxsus olan "Gmail" platforması ilə bağlı mühüm xəbərdarlıq edilib.
Avtosfer.az Ölkə.az-a istinadən xəbər verir ki, şirkət 2 il ərzində hesablarına daxil olmayan istifadəçilərin hesablarının silinəcəyini açıqlayıb. Bildirilib ki, bu addım təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və istifadəsiz hesabların sistemdən təmizlənməsi məqsədi daşıyır.
Məlumata görə, uzun müddət aktiv olmayan hesablar kibertəhlükələr baxımından daha riskli hesab olunur. Bu səbəbdən "Google" belə hesabların silinməsi qərarını verib.
Qeyd olunub ki, istifadəçilər hesablarının silinməsini istəmirlərsə, ən azı 2 il ərzində bir dəfə hesablarına daxil olmalı, e-poçt göndərməli və ya digər xidmətlərdən istifadə etməlidirlər.
Şirkət həmçinin vurğulayıb ki, silinən hesablarla birlikdə həmin hesablara bağlı bütün məlumatlar - məktublar, şəkillər və fayllar da geri dönməz şəkildə itiriləcək.
İstifadəçilərə tövsiyə olunur ki, vacib məlumatlarını əvvəlcədən ehtiyat nüsxə kimi və hesablarını aktiv vəziyyətdə saxlasınlar.

Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS












