Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir.
İqlim dəyişikliyi fonunda bu cür kəskin hava keçidləri tez-tez müşahidə olunur və sual doğurur: bu vəziyyət nə dərəcədə normaldır və mövsümi dəyişikliklər çərçivəsində necə qiymətləndirilməlidir?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı ekoloq Qorxmaz İbrahimli “demokrat.az”a bildirib ki, hələ bu günlərdə yağışlı hava müşahidə olunacaq, bu isə mövsüm üçün tam normaldır və narahatlığa əsas yoxdur:
"Yaxın günlərdə yay istiləri də hiss olunacaq və daha sabit, günəşli hava şəraiti formalaşacaq. Hazırda bəzi yerlərdə anomal istilər və ya uzunmüddətli sərin, yağıntılı hava ilə bağlı müxtəlif fikirlər səslənir. Lakin bu cür dəyişkənlik yazdan yaya keçid dövrü üçün xarakterikdir və iqlim keçidinin təbii gedişatı hesab olunur. Günəşli günlərin sayının artacağı gözlənilir və belə hava şəraitindən maksimum faydalanmaq tövsiyə olunur. Bu il yaz mövsümü bir qədər uzanıb, sərin və yağıntılı keçdiyi üçün yay rejiminə keçid də nisbətən gecikmiş təsir bağışlayır. Əslində bu cür yağıntılı və sərin hava iyunun 22-nə qədər davam edəcəyi gözlənilirdi, lakin bir qədər uzanması müşahidə olunur. Eyni zamanda çimərlik mövsümünün açılması ilə bağlı vəziyyət də diqqət çəkir. İyun ayının ortalarında mövsüm rəsmən açılsa da, bəzi çimərliklərdə müvəqqəti məhdudiyyətlərin tətbiqi ilə bağlı qərarlar verilib. Bu kimi tədbirlər hər il təkrarlansa da, onların konkret müddəti bəzən əvvəlcədən dəqiq açıqlanmır. Bütün hallarda qarşıdakı günlərdə temperaturun yüksəlməsi və daha isti hava şəraitinin formalaşması gözlənilir. Yayın tam mənada özünü göstərməsi ilə hava şəraiti də stabilləşəcək", - deyə o qeyd edib.
Beləliklə, Azərbaycanda müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti yaz mövsümündən yay mövsümünə keçid dövrünün təbii gedişatı kimi qiymətləndirilməlidir. Ekoloqların rəyinə görə, temperaturun müvəqqəti olaraq aşağı düşməsi və yağıntıların uzanması anomal hal sayılmır və narahatlığa heç bir əsas yoxdur. Yaxın günlərdə atmosfer proseslərinin stabilləşməsi, günəşli günlərin sayının artması və temperaturun yüksəlməsi ilə ölkə ərazisində əsl yay havası tam mənada hiss olunmağa başlayacaq.
"Yol bərbad gündədir" - Sakinlər çətin vəziyyətdə - VİDEO
Pulun 3 faizini ödə, sənədsiz evə çıxarış al - Deputatın bu təklifi ilə...
Əhaliyə pul köçürmələri ən çox bu ölkələrdən gəlir
Metroda limitsiz abunə kartları nə vaxt tətbiq olunacaq? - RƏSMİ AÇIQLAMA
Bakıda su bu qrafiklə verilir - Saatlar açıqlandı
Kondisioner, sərinkeş... - Yayda işıqpulunu necə azaldaq?
Çimərliklərə gedənlərə ÇAĞIRIŞ - Bu təhlükədir!
Azərbaycana yay fəsli daxil olub
Külək güclənəcək, şimşək çaxacaq və dolu düşəcək - SABAHIN HAVASI
Bakı Beynəlxalq Avtovağzal Kompleksində musiqi alətlərinin satışı həyata keçirilir - VİDEO
Azərbaycanda İNTENSİV YAĞINTI BAŞLADI - Bu ərazilərə dolu düşdü










