Havanın kəskin dəyişməsi ölüm riskini artırırmış - Nə etməli?

Kəskin isti və soyuq hava dəyişiklikləri insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər. Həkimlər bildirirlər ki, temperaturun qısa müddətdə sürətlə dəyişməsi orqanizm üçün böyük stress hesab olunur.
Avtosfer.az “Baku.ws”ə istinadən xəbər verir ki, bu barədə barədə həkim Tatyana Pinçuk danışıb.
Onun sözlərinə görə, anomal istilər təkcə narahatlıq yaratmır, həm də sağlamlıq üçün real təhlükəyə çevrilə bilər.
Həkim qeyd edib ki, Çin alimlərinin 272 şəhər üzrə apardığı araşdırma zamanı temperatur fərqlərinin ölüm riskini artırdığı məlum olub. Araşdırmaya əsasən, gündəlik temperatur dəyişkənliyində hər 1 dərəcə artım ümumi ölüm hallarını 0,8 faiz yüksəldir. Ürək-damar xəstəlikləri ilə bağlı təcili yardıma müraciətlər isə 3,6 faiz artır.
Mütəxəssisin sözlərinə görə, temperaturun qəfil enməsi zamanı bir çox insan bədən ağrıları və halsızlıqdan şikayət edir. Bu, orqanizmin fizioloji reaksiyası ilə bağlıdır.
Araşdırmalar göstərib ki, kəskin soyuma zamanı orqanizmdə viruslara qarşı mübarizə aparan bəzi immun maddələrinin səviyyəsi azalır. Eyni zamanda stress hormonları artır və bu da immun sistemini zəiflədir. Nəticədə insan virus infeksiyalarına qarşı daha həssas olur.
Həkim isti havalarda saat 11:00-dan 16:00-dək açıq havada uzun müddət qalmamağı, bol su içməyi və sərin mühitdə istirahət etməyi tövsiyə edib. Qəfil soyuq havalarda isə kondisionerin qarşısında dayanmaqdan çəkinmək və qat-qat geyinmək məsləhət görülür.
Mütəxəssislər xüsusilə hipertoniya və ürək-damar xəstəliklərindən əziyyət çəkən insanların hava dəyişikliklərinə qarşı daha diqqətli olmalı olduğunu vurğulayırlar.
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı












