Hazırda dünyanın ən varlı adamları - SİYAHI

Dünya üzrə ən çox sərvətə sahib milyarderlərin yeni siyahısı açıqlanıb. Avtosfer.az xəbər verir ki, bu barədə "Bloomberg Milyarderlər İndeksi" iyun ayı üçün yekun milyarderlər siyahısını açıqlayıb. Reytinqə görə, "SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Mask milyarderlər siyahısında lider olmağa davam edir. Onun sərvəti 942 milyard dollardır. Maskın sərvəti ilin əvvəlindən bəri 322 milyard dollar artıb. Siyahıda ikinci yeri 289 milyard dollarla Larri Peyc tutur. O, sərvətini ilin əvvəlindən bəri 19,5 milyard dollar artırıb.
Bu günə olan məlumata görə, dünyanın ən zəngin insanları aşağıdakılardır:
Beləliklə, dünyanın ən böyük məlumat bazası və korporativ proqram təminatı şirkətlərindən biri olan "Oracle" şirkətinin sahibi Larri Ellison siyahıda 3-cü yerdən 6-cı yerə enib. Belə ki, onun sərvəti ilin əvvəlindən bəri 45,4 milyard dollar azalıb.
Eyni zamanda, "Alphabet" şirkətinin lideri Sergey Brin isə sərvətini 18,1 milyard dollar artıraraq siyahıda 3-cü yerdə qərarlaşıb. Bundan əlavə, dünyanın ən böyük lüks mallar istehsalçısı olan "LVMH" şirkətinin sədri və baş direktoru Bernard Arno siyahıda 9-cu yerdən 8-ci yerə yüksəlib. "Microsoft" şirkətinin icraçı direktoru Stiv Ballmer siyahıdakı ilk 10-luqdan çıxaraq 15-ci yerə enib. (iqtisadiyyat.az)

Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












