Hərbçilərin sosial təminatında qeyri-bərabərlik aradan qaldırılacaq

Müdafiə Nazirliyinin hərbi qulluqçularına münasibətdə təklif edilən layihə qəbul edildikdən sonra pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq. Bununla da şəxsin hərbi xidmətdən tərxis olunduğu günə təminat xərcliyi barədə qurumdan məlumatların təqdim olunması zərurəti olmadan fərdi şəxsi hesabında qeydə alınmış pensiya kapitalı və tutmuş olduğu rütbə əsas götürülməklə pensiya məbləği formalaşacaq.
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında", "Hərbi qulluqçuların statusu haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli və "Diplomatik xidmət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edərkən deyib.
O bildirib ki, sığorta mexanizmi gücləndirilməklə fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalına əsasən onlar üçün ümumi əsaslarla pensiya təyin edilərək ödənilməsi davam edəcək. Eyni zamanda, pensiya məbləği ilə yanaşı, indiki qanunvericilikdə nəzərdə tutulmuş əmək pensiyalarına qulluq stajına görə əlavə deyil, aylıq pensiya əlavəsi təyin ediləcək.
“Aylıq pensiya əlavəsinin məbləği hər rütbələr üzrə müəyyən olunacaq. Müdafiə Nazirliyinin hərbi qulluqçularının sosial təminatında qeyri-bərabərlik ortadan qalxacaq. Mövcud qanunvericiliyə uyğun olaraq ordumuzun hərbi qulluqçularının pensiya təminatında xüsusi güzəştlər müəyyən edilib və bu yanaşma aparılan islahat çərçivəsində də qorunub saxlanılıb. Bu məqsədlə layihədə şərti pensiya kapitalı mexanizmi öz əksini tapıb. Yeni mexanizm sözügedən hərbi qulluqçuların pensiya kapitallarını optimallaşdırmağa və onlara əmək pensiyasının məhz bu şərti pensiya kapitalı nəzərə alınmaqla daha səmərəli şəkildə təyin edilməsinə imkan verəcək”, - deyə komitə sədri vurğulayıb.
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS












