Heyvan bazarları nə vaxt bərpa olunacaq? – RƏSMİ AÇIQLAMA

“Azərbaycanda fəaliyyəti müvəqqəti dayandırılan heyvan bazarları müasir standartlara uyğunlaşdırıldıqdan sonra mərhələli şəkildə istifadəyə verilir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təsdiqlədiyi baytarlıq-sanitariya və biotəhlükəsizlik qaydalarına əsasən, ölkə üzrə artıq 20 belə ticarət obyekti tamamilə modernləşdirilərək fəaliyyətini bərpa edib”.
Avtosfer.az xəbər verir ki, bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, yenidən qurulan bazarlar Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Abşeron, Masallı, Ağsu, Sabirabad, Xaçmaz, Zaqatala, Ağdaş rayonlarında, Cəlilabadın Təzəkənd və Alar kəndlərində, həmçinin Bakının Binə qəsəbəsində yerləşir:
“Hazırda qərb bölgəsində yerləşən Qazax və Gədəbəy rayonlarındakı heyvan bazarlarında da intensiv tikinti və yenidənqurma işləri davam etdirilir.
Layihə çərçivəsində yeni tikilən və təmir olunan heyvan satışı bazarları baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə uyğun müasir infrastrukturla təmin olunur. Belə ki, bazarlarda asfalt-beton örtüyü salınır, heyvanların rahat və təhlükəsiz hərəkəti üçün rampalar və çardaqlar quraşdırılır.
Eyni zamanda, baytar həkimin nəzarəti üçün məntəqə, xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilir, dezbaryerlər, heyvanların çəkisinin və bədən temperaturunun ölçülməsi üçün müvafiq avadanlıqlar quraşdırılır. Modernləşdirilən heyvan bazarlarının konkret açılış tarixləri vahid bir təqvim və ya qrafiklə deyil, tikintinin tam başa çatması və AQTA komissiyasının rəsmi yoxlamasından sonra müəyyən edilir”.
Qeyd edək ki, artıq 11 aydır ki, Azərbaycanda heyvan bazarları mərhələli şəkildə fəaliyyətini dayandırıb. Buna səbəb dabaq xəstəliyinin yayılması olub.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












