Hotellərdə qiymət aşağı düşüb? - Hazırda vəziyyət ...

“Bayram ərəfəsində, tələbat həmişə yüksək olur və qiymətlər yüksəlir. Lakin bu il qiymətlər əvvəlki illərdən kəskin fərqlənməyib. Hətta daha əlverişli qiymətlərlə qalmaq yerləri də tapmaq mümkün olub”. Avtosfer.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında turizm eksperti Ceyhun Aşurov bildirib.
Onun sözlərinə görə, hazırda qiymətlər bazar reallıqlarına uyğundur:
“Daxili bazarda müəyyən dinamika müşahidə olunub. Xaricdən gələn turistlərin sayının kəskin azalması ümumi tələbin çoxalmasına təsir göstərməyib. Keçən illərdə daxili tələbat, yəni vətəndaşlarımızın regionlara səfərləri, xarici turistlərin həm Bakı, həm də regionlara üz tutması ilə üst-üstə düşərək qiymətləri artırırdı. Bu il isə xarici turistlərin sayının azalması səbəbindən bu təsir müşahidə olunmayıb”.
Ekspert qeyd edib ki, buna baxmayaraq, ölkə daxilində vətəndaşlarımızın səfərləri, qohum-dost ziyarətləri və istirahət məqsədilə regionlarda vaxt keçirmələri kifayət qədər olub:
“Region hotellərində qalanların böyük əksəriyyəti məhz yerli vətəndaşlardır. Hazırda müşahidə olunan vəziyyət belədir”.
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS












