İlin sonuna qədər maaşlar artırılacaq? – VACİB AÇIQLAMA

Azərbaycanda ilin sonuna qədər əməkhaqlarının artırılması ilə bağlı gözləntilər yenidən gündəmə gəlib. Xüsusilə büdcə təşkilatlarında çalışan minlərlə vətəndaşı maraqlandıran əsas məsələ maaşların yaxın aylarda artırılıb-artırılmayacağıdır.
Bəs ilin sonuna qədər əməkhaqlarının artırılması mümkündürmü?
Mövzunu şərh edən iqtisadçı Natiq Cəfərli bildirib ki, büdcə təşkilatlarında əməkhaqlarının artırılması dövlət büdcəsinə ediləcək əlavə və dəyişikliklərdən asılıdır.
Onun sözlərinə görə, hazırda bununla bağlı hüquqi proses başlamayıb:
“Əməkhaqqının artırılması söhbət büdcə təşkilatlarından gedirsə, bu, adətən dövlət büdcəsinə əlavələr və dəyişikliklər edildikdən sonra mümkün olur. Hazırda isə büdcəyə əlavələr və ya dəyişikliklərlə bağlı hər hansı qanun layihəsi və ya qərar Milli Məclisə təqdim edilməyib. Əgər belə bir sənəd daxil olarsa və büdcənin dəyişdirilməsi ilə bağlı qərarlar qəbul edilərsə, maaşların artırılması mümkündür.”
İqtisadçı qeyd edib ki, hazırkı vəziyyətə əsasən, ilin sonunadək və ya gələn ilin yanvar ayına qədər əməkhaqlarının artırılması ilə bağlı hər hansı konkret qərar görünmür.
Onun fikrincə, bu istiqamətdə addımların atılması yalnız dövlət büdcəsinə dəyişikliklərin edilməsi və bununla bağlı müvafiq qərarların qəbulundan sonra mümkün olacaq./konkret.az
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












