İpoteka almaq istəyənlərə şad xəbər

İpoteka və Kredit Zəmanət Fondu ipoteka kreditləşməsinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayırıb.
Avtosfer.az xəbər verir ki, vətəndaşlardan müraciətlərin qəbuluna adi ipoteka kreditləri üzrə 05.03.2026-cı il tarixində saat 11:00-dan etibarən, güzəştli ipoteka kreditləri üzrə isə 06.03.2026-ci il tarixində saat 11:00-dan etibarən başlanılacaq.
Müraciətlərin qəbulu "Elektron ipoteka və kredit zəmanət" sistemi (www.e-gov.az) üzərindən elekton imza vasitələri (SİMA Token (Elektron İmza), SİMA Rəqəmsal, Asan İmza) ilə həyata keçiriləcək.
Bununla əlaqədar olaraq, vətəndaşlara 04.03.2026-cı il tarixinə qədər elektron kabinetlərin formalaşdırılması tövsiyə edilir.
İpoteka kreditinin alınması üçün müraciətə dair istifadəçi təlimatı Fondun rəsmi internet səhifəsində (www.mcgf.gov.az/storage/Talimat.pdf), həmçinin "Elektron hökumət" portalının və "mygov" platformasının müvafiq bölmələrində yerləşdirilib.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












