İş saatlarının dəyişdiriləcəyi ilk qurumlar

Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə dəyişkən iş qrafikinin tətbiqi istiqamətində hazırlıqlar davam edir. Bu çərçivədə iş saatlarının dəyişdiriləcəyi ilk qurumların dövlət orqanları, təhsil və tibb müəssisələri olacağı gözlənilir. Avtosfer.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov məlumat verib.
Onun sözlərinə görə, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda dövlət qurumlarının, təhsil və səhiyyə müəssisələrinin, eləcə də digər hüquqi və fiziki şəxslərin fəaliyyətinin dəyişkən iş qrafiki əsasında təşkili nəzərdə tutulur.
Deputat bildirib ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, TƏBİB və Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən müvafiq təhlillər aparılır. Bu proses yekunlaşdıqdan sonra Nazirlər Kabinetinin təsdiq edəcəyi siyahılar əsasında yeni iş rejiminin tətbiqinə başlanılacaq.
V.Bayramovun sözlərinə görə, fərqli işə başlama saatlarının tətbiqi səhər və axşam saatlarında yaranan nəqliyyat sıxlığının azalmasına kömək edə bilər. O qeyd edib ki, Avropanın bir sıra ölkələrində tətbiq olunan bu model ictimai nəqliyyatda yüklənmənin bölüşdürülməsi və şəhər infrastrukturuna düşən təzyiqin azaldılması baxımından müsbət nəticələr verib.
Deputat əlavə edib ki, dəyişkən iş qrafikinin tətbiqi tıxac problemini tam aradan qaldırmasa da, nəqliyyat yükünün azaldılması istiqamətində vacib addımlardan biri hesab olunur./Demokrat.az
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS












