İstixana və mövsümdənkənar meyvələr necə istehlak olunmalıdır? - Mütəxəssis AÇIQLADI

Meyvələr sağlam qidalanmanın ayrılmaz hissəsi hesab olunsa da, son illərdə xüsusilə istixanalarda yetişdirilən və mövsümündən əvvəl bazara çıxarılan məhsulların təhlükəsizliyi ilə bağlı suallar artmaqdadır. Sürətli yetişdirmə üsulları, kimyəvi maddələrdən istifadə və uzunmüddətli saxlanma şəraiti bu məhsulların keyfiyyəti barədə müxtəlif fikirlərin formalaşmasına səbəb olur. Bu, həm gündəlik qida seçimlərimizə, həm də ümumi sağlamlığımıza təsir etdiyi üçün geniş müzakirə olunur və istehlakçıların diqqətini cəlb edir.
Mövzu ilə əlaqədar qida təhlükəsizliyi üzrə mütəxəssis Seymur Qafarov Avtosfer.az-a açıqlamasında bildirib ki, meyvə və tərəvəz məhsullarının mövsümündə alınması tövsiyə olunur:

“Mövsümündən kənarda bu məhsulların müxtəlif emal üsulları ilə hazırlanmış, xüsusilə konservləşdirilmiş formalarının istifadəsi daha məqsədə uyğundur. Bu yanaşma həm qida dəyəri, həm qiymət baxımından, həm də qida təhlükəsizliyi nöqteyi-nəzərindən daha uyğun hesab olunur. Məhsulların mövsümündə qəbul edilməsi və ya mövsümdən kənar dövrdə istifadə zamanı bir sıra məqamlara diqqət yetirmək lazımdır. Bunlara pestisid qalıqları, gübrələrin həddindən artıq istifadəsi nəticəsində məhsulun təbii formasının dəyişməsi kimi hallar daxildir. Həmçinin daşınma zamanı məhsulların xarab olması və təbii görünüşünün pozulması da mümkündür. Bu amillər nəzərə alınmalı və meyvə-tərəvəz məhsulları buna uyğun seçilməlidir. Məhsullarda pestisid qalıqları olduqda onların istifadəsi risklidir və zəhərlənmə, ishal kimi hallara səbəb ola bilər. Eyni zamanda daha ciddi fəsadların yaranma ehtimalı da mövcuddur. Bu baxımdan mövsümündən əvvəl satışa çıxarılan meyvələr daha riskli hesab oluna bilər. Daşınma zamanı məhsullar soyudulmuş şəraitdə, 0 ilə +5 dərəcə temperatur aralığında saxlanmalıdır. Bundan əlavə, meyvə-tərəvəzlərin qablaşdırılmasına, qablaşdırma materialının bütövlüyünə, günəş şüaları ilə birbaşa təmasda olmamasına, rütubət səviyyəsinə və ümumilikdə saxlanma və daşınma şəraitinə mütləq diqqət yetirilməlidir. İstehlakçı istədiyi halda məhsulun istehsalçısı ilə bağlı məlumatları, eləcə də həmin məhsula dair müvafiq sənədləri satıcıdan tələb edə bilər. Bu, istər bazarlarda, istərsə də marketlərdə satışda olan məhsullara aiddir”.
Nurcan Babək
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












