İllərdir yararsız vəziyyətdə olan yollar: Problem niyə həllini tapmır? - VİDEO

Abşeron rayonu, Masazır qəsəbəsi, "Zəngilan şəhərciyi"nin sakinləri yol problemindən şikayətçidirlər. Avtosfer.az xəbər verir ki, sakinlərin sözlərinə görə, problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, məsələ həllini tapmayıb. "Buraya nə taksi, nə də təcili tibbi yardım maşını gəlir. Çətin vəziyyətdəyik. Hər il yolu düzəldəcəklərini desələr də, problem həll olunmur", - onlardan biri söyləyib.
Digər bir vətəndaş isə narazılığını belə ifadə edib:
"Hərdən yola daş tökürlər, amma eyni vəziyyət yenidən təkrarlanır. Bu problemi kökündən həll etmək lazımdır. Ucqar kəndlərdə yol var, amma Masazırda yoxdur".
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, 4 il ərzində həmin ərazidə mütəmadi olaraq təmir işləri aparılıb: "Lakin yolun əsaslı təmirə ehtiyacı var. Bu isə növbəti ildə həyata keçiriləcək".
Ətraflı Baku TV-nin süjetində:
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












