İş dəftərləri artıq müasir təhsilə uyğun deyil - EKSPERT

Hər yeni tədris ili başlayanda valideynləri düşündürən əsas məsələlərdən biri də iş dəftərlərinin alınmasıdır. Dərsliklərlə yanaşı təqdim olunan bu vəsaitlər bəzən zəruri tədris aləti kimi qiymətləndirilir, bəzən isə əlavə maliyyə yükü kimi müzakirə olunur. Xüsusilə bir neçə fənn üzrə ayrıca iş dəftərinin tələb edilməsi valideynlər arasında suallar doğurur. Bu vəsaitlər həqiqətən tədrisin keyfiyyətini artırırmı, yoxsa formal xarakter daşıyır?
Avtosfer.az xəbər verir ki, rəqəmsal resursların geniş yayıldığı, müəllimlərin alternativ materiallardan istifadə imkanlarının artdığı bir dövrdə iş dəftərlərinin gələcək taleyi də maraq doğurur. Görəsən, bu vəsaitlər təhsil sistemində uzunmüddətli yerini qoruyub saxlayacaq, yoxsa zamanla öz mahiyyətini və aktuallığını itirəcək?

Məsələ ilə bağlı təhsil eksperti Ramin Nurəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, indiki dövrdə hər hansı əlavə vəsaitlərin, dərs cədvəllərinin, iş dəftərlərinin alınması, tutulması və formalaşdırılması o qədər də effektiv hesab olunmur:
“Artıq texnologiya və rəqəmsallaşma dövrüdür. Bəzi tələblər artıq müasir təhsil standartlarına və müasir təhsil sisteminə uyğun deyil. Hesab edirəm ki, bunlar artıq əlavə vasitələrdir. Dünya ölkələri təhsil sistemini elektronlaşdırır. Tədris proqramı, tədris metodları və ümumilikdə tədris prosesi rəqəmsal müstəviyə keçir. İnkişaf etmiş ölkələr yazı taxtasından elektron lövhəyə, dəftər və kitablardan isə planşet və digər rəqəmsal vasitələrə keçiblər. Biz isə hələ də iş dəftəri olsun, ya olmasın müzakirəsini aparırıq. Bu, artıq lazımsız bir məsələdir. Təhsil sistemində müəyyən dəyişikliklər və inkişaf qaçılmazdır. İş dəftərləri, bloknotlar, jurnallar və bu kimi vasitələrin dövrü artıq başa çatır. Onların zamanı keçib”.
Nurcan Babək
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ











