Kabab sevənlər OXUSUN

Mütəxəssislər həddindən artıq qızardılmış kababın sağlamlıq üçün yaratdığı risklərlə bağlı xəbərdarlıq ediblər. Avtosfer.az Axşam.az-a istinadən xəbər verir ki, həkimlər yüksək temperaturda və uzun müddət açıq odda bişirilən ət məhsullarında kanserogen maddələrin yaranma ehtimalı artdığını bildirir. Bu birləşmələr onkoloji xəstəliklərin inkişaf riskini yüksəltməklə yanaşı, orqanizmdə erkən qocalma proseslərini də sürətləndirə bilər. Bildirilib ki, ətin üzərində formalaşan və qismən yanmış qabıq hissələri xüsusilə mədə-bağırsaq traktına mənfi təsir göstərir, selikli qişanı qıcıqlandırır. Eyni zamanda, mütəxəssislər qeyd edirlər ki, ən yüksək risk qrupu həddindən artıq qızardılmış kolbasa və sosislərdir. Tərkibində yüksək miqdarda duz və müxtəlif dad gücləndiriciləri olan bu məhsullarda termiki emal zamanı daha çox kanserogen maddələr əmələ gəlir.
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS












