Keçid balları düşəcək? - AÇIQLAMA

"İstər 9 mart, istərsə də 10 mart tarixində keçirilən buraxılış imtahanlarında suallarının çətinliyi ilə bağlı müxtəlif fikirlər səslənir. Lakin hələ imtahan nəticələri məlum olmadan ümumi vəziyyətin hansı formada olduğunu demək mümkün deyil. Ola bilər ki, iştirakçıların müəyyən bir qisminə suallar çətin görünsün, amma elə abituriyentlər də var ki, onlar daha uğurlu nəticələr əldə edə bilərlər".
Avtosfer.az xəbər verir ki, bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi səsləndirdi.
O əlavə etdi ki, ümumilikdə imtahanda 120 mindən çox abituriyentin iştirakı gözlənilirdi:
"Onlardan təxminən 800-1000 nəfər müxtəlif səbəblərə görə imtahanda iştirak edə bilmədi. Qalan təxminən 118-119 min nəfər isə imtahanda iştirak etdi. Bu 118-119 min nəfərin, məsələn, 30-40 min nəfəri üçün suallar çətin ola bilər. Lakin digər iştirakçılar üçün də sualların çətin olduğunu demək düzgün olmaz. Buna görə də ən doğru yanaşma nəticələri gözləməkdir. Yalnız nəticələr açıqlanandan sonra aparılan təhlillər zamanı bu ilin buraxılış imtahanlarının median göstəricisi ilə ötən ilin buraxılış imtahanlarının median göstəricisini müqayisə etmək mümkün olacaq. Əgər bu il median bal ötən illə müqayisədə aşağı olarsa, bu, keçid ballarına müəyyən təsir göstərə bilər. Əgər nəticələr ötən illə eyni səviyyədə və ya daha yüksək olarsa, demək ki, keçid ballarında ciddi dəyişiklik baş verməyəcək. Hazırkı vəziyyətdə iştirakçı sayı kifayət qədər çoxdur və bu da rəqabətin yüksək olacağını göstərir. Rəqabət yüksək olduğu halda isə hər hansı ixtisas üzrə keçid ballarının enəcəyini indidən demək mümkün deyil".
DİN-dən skuter və velosiped sürücülərinə çağırış niyə vacibdir? - ŞƏRH
Azərbaycanda timsah var? - AÇIQLAMA - FOTO - VİDEO
Göyçayda güclü külək ağacları avtomobilin və evin üzərinə aşırdı – VİDEO
Şimal-qərb bölgəsində leysan yağışları olub, dolu düşüb - FOTOLAR
Ən çox hansı saatlarda taksi çağırılır? – Cavab təəccübləndirəcək
Azərbaycanda yağıntılı hava nə vaxtadək davam edəcək? - XƏBƏRDARLIQ
Mobil telefonla bağlı daha bir qadağa
Azərbaycanın ən təhsilli və ən təhsilsiz RAYONLARI - SİYAHI
Yeni tikilən binadan ev almaq istəyənlərə XƏBƏRDARLIQ
"Küçələr bərbad vəziyyətdədir" - Sakinlərin yol dərdi - VİDEO
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ










