Kollektor üzərində inşa edilən evlərlə bağlı kompensasiya ödənilməlidir - Deputat

"Bakının bir sıra hissələrində evləri su basması su kollektorlarının işləməsi, eyni zamanda həyət evlərinin tikintisi ilə bağlı məsələləri daha da aktuallaşdırıb. Bu istiqamətdə monitorinqlərin aparılması və kollektorların fəaliyyətinin təkmilləşdirilməsi, onların tam gücü ilə işləməsi üçün işlərin görülməsi məsələləri aktuallaşıb".
Avtosfer.az xəbər verir ki, bu fikirləri "redaktor.az"a Milli Məclisin deputatı Vüqar Bayramov ötən günlərdə Bakıda yağış zamanı evləri su basmasından danışarkən bildirdi.
"Paytaxt ərazisində bəzi həyət evlərinin inşası zamanı bir sıra hallarda qaydaların gözlənilməməsi müşahidə olunub və bununla bağlı da monitorinqlərin aparılması və bu istiqamətdə işlərin görülməsinə ehtiyac var. Son illər iqlim dəyişikliyi səbəbindən məhz normadan artıq yağışların yağmasını müşahidə edirik. Ona görə də növbəti illərdə də belə yağışların olacağı istisna deyil. Bu kontekstdə, təbii ki, hazırlıq işlərinin davam etdirilməsi və bu istiqamətdə fəaliyyətlərin genişləndirilməsi vacibdir. Ona görə də xüsusən də kollektor üzərində inşa edilən evlərlə bağlı kompensasiya ödənilərək həmin evlərin köçürülməsi məqsədəuyğun olardı. Çünki nəticədə bu, növbəti dövrlərdə də kollektorların fəaliyyətinin tənzimlənməsinə və onların, xüsusən də kollektor sisteminin tam gücü ilə işləməsi üçün addımların atılmasına gətirib çıxara bilər", - deyə millət vəkili əlavə etdi.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












