Kredit götürüb iş görmək istəyənlərə xəbərdarlıq — Ehtiyatlı olun!

Qızıl və gümüş bazarında sakitlik görüntüsü aldadıcı ola bilər. Qiymətli metalların son həftələrdəki kəskin enişindən sonra müşahidə olunan nisbi sabitlik investorları arxayınlaşdırsa da, ekspertlər bunun arxasında daha böyük risklərin dayandığını deyirlər. Qızıl və pul bazarları üzrə ekspert İslam Memiş 2026-cı ili “manipulyasiya ili” adlandıraraq xüsusilə riskli və borc vəsaiti ilə bazara daxil olanlara açıq xəbərdarlıq edib. Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı danışan iqtisadçı Rəşad Nəcəfzadə Demokrat.az-a açıqlamasında bildirib ki, 2026-cı il bazarlar üçün olduqca həyəcanlı olacaq.
“Qiymətlər sürətlə dəyişəcək, bazarda dalğalanmalar çox olacaq. Hər ay yeni fürsətlər və risklər ortaya çıxacaq. İnsanlar manipulyasiya hallarına daha çox diqqət etməlidirlər. Bu il kredit götürüb iş görmək istəyənlər üçün çətin olacaq. Hazırlıqsız olanlar itki ilə üzləşə bilər. Amma hazırlıqlı olanlar fürsətlərdən faydalana biləcək. Bazarı izləmək, xəbərləri təhlil etmək vacibdir. Hər addımı ehtiyatla atmaq lazımdır. Valyuta kursları və faiz dərəcələri sürətlə dəyişə bilər. Bəzi sahələr daha risklidir, diqqətli olmaq lazımdır. Yüksək riskli investisiyalar bu il xüsusi diqqət tələb edir. Kiçik və orta biznes sahibləri xüsusilə ehtiyatlı olmalıdır. Riskləri qiymətləndirmədən hərəkət etmək təhlükəlidir. Bu il həm sınaqlar, həm də fürsətlərlə doludur. Hər ay bazar yenidən formalaşa bilər”.
Ekspertlərin rəyləri və bazardakı mövcud mənzərə göstərir ki, 2026-cı il qızıl və gümüş həvəskarları üçün asan keçməyəcək. Sabit görünən qiymətlər hər an manipulyasiya dalğasına məruz qala biləcəyi üçün təsadüfi qərarlardan qaçmaq mütləqdir. Bu gərgin dövrdə yalnız soyuqqanlı davranan və risklərini düzgün sığortalayan investorlar maliyyə itkilərindən qoruna biləcəklər. Hadisələrin sonrakı gedişatını və qiymətlərin necə formalaşacağını isə yaxın aylardakı iqtisadi göstəricilər müəyyən edəcək.
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı












