Kreditlərin verilməsi ilə bağlı yenilik - VİDEO

"Azərbaycanda könüllü kredit qadağası mexanizminin tətbiqi üzrə işlər yekunlaşma mərhələsindədir. Bu mexanizm vasitəsilə vətəndaşlar öz adlarına məsafədən kreditlərin verilməsinə məhdudiyyət qoymaq imkanı əldə etmiş olacaqlar". Avtosfer.az xəbər verir ki, bu barədə informasiyanı Mərkəzi Bankının sədrinin müavini Toğrul Əliyev yayıb.
O bildirib ki, bu mexanizm fırıldaqçılıq hallarının və risklərin əhəmiyyətli dərəcədə azalmasına imkan verəcək.
İqtisadçı Rəşad Həsənov isə deyir ki, yeni mexanizmin fırıldaqçılıq halları ilə mübarizədə effektivliyi vətəndaşlar ondan səmərəli istifadə etdiyi təqdirdə mümkündür:
"Həmin mexanizm "Elektron hökumət" portalı çərçivəsində fəaliyyət göstərəcək və vətəndaşlar öz kredit götürmə hüquqlarını məhdudlaşdıra, eyni zamanda aktivləşdirə biləcəklər. Düşünürəm ki, fərqli dövrlər üzrə seçimlər təqdim olunacaq - üç aylıq, altı aylıq, bir illik, beş illik və s. Bu müddət ərzində aktivləşdirmə hüququ yenə də vətəndaşın özündə qalacaq. Lakin bu mexanizm vətəndaşın özünün birbaşa nəzarətindən və istəyindən kənar olaraq, sui-istifadə halları nəticəsində kənar şəxslər tərəfindən onun adına kredit götürülməsinin qarşısını alacaq".
Hüquqşünas Əkrəm Həsənov isə hesab edir ki, məsafədən verilən kreditlərlə bağlı yaranan problemləri kredit müqavilələrində bunu nəzərdə tutan bəndləri çıxarmaqla da aradan qaldırmaq olar.
Qeyd edək ki, könüllü kredit qadağası mexanizmi bir sıra ölkələrdə tətbiq olunur. Ölkəmizdə isə bu mexanizm istehlakçılara əvvəlcədən vahid platforma üzərindən, müraciət etməklə öz adlarına məsafədən kredit rəsmiləşdirilməsinə qadağa qoymaq imkanı verəcək. Bu halda heç bir kredit təşkilatı və ya bankın, vətəndaşın hesabı kənar şəxslər tərəfindən ələ keçirilsə belə, onun adına məsafədən kredit təsdiqləməsi və ya kredit limitini artırması mümkün olmayacaq.
Daha ətraflı Baku TV-nin süjetində:
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












