Maaş kartları ilə bağlı yenilik - İşçi özü seçim edəcək

"İlk növbədə əməkhaqqı müqaviləsi ilə çalışan vətəndaşlarımızın öz banklarını könüllü şəkildə seçməsi reallaşacaq".
Avtosfer.az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, hazırda bank seçimi işəgötürən tərəfindən həyata keçirilir:
"İşçi tərəfindən bank seçimi reallaşmır. İşəgötürənin hansı bankda hesabı varsa, həmin bank üzrə işçilərə əməkhaqqı kartları təqdim olunur. Artıq yeni sistem yaradılmaq üzrədir və yaxın aylarda istifadəyə veriləcək. Bu sistemin özəlliyi ondan ibarətdir ki, mobil aplikasiya üzərindən vətəndaş özü hansı bankdan əməkhaqqı kartını almaq istədiyini seçə biləcək. Bu imkan verəcək ki, vətəndaş ona yaxın olan və ya özünün əməkdaşlıq etmək istədiyi bankı seçərək onun kartı ilə əməkhaqqı ala bilsin.Bu, işçiyə seçim və vaxta qənaət imkanı deməkdir. Bu halda işçi özü seçiminə uyğun olaraq bankla bağlı qərar verəcək".
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












