Maaşlar yeni qaydada hesablanacaq — Kimlərə aiddir?

Dövlət qulluğunda əməkhaqqı sisteminin yenilənməsi ilə bağlı həyata keçirilən dəyişikliklər geniş müzakirə olunur. Yeni qaydalara əsasən, əməkhaqqının baza hissəsi artırılıb, əvvəl tətbiq edilən müxtəlif mükafat və əlavələr isə ləğv edilərək birbaşa maaşın tərkibinə daxil edilib. Bu addımın dövlət qulluğunda əməkhaqqı sisteminin daha sadə və şəffaf şəkildə qurulmasına xidmət etdiyi bildirilir.
Avtosfer.az bildirir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bu qaydanın dəyişdirilməsi ümumilikdə müsbət nəticələr vəd edir.
"Belə ki, əvvəlki qaydalara əsasən mükafatların təyin olunması zamanı müəyyən hallarda sui-istifadə ehtimalları mövcud ola bilirdi. Yeni yanaşma isə bu kimi risklərin aradan qaldırılmasına və əməkhaqqı sisteminin daha şəffaf şəkildə formalaşdırılmasına xidmət edir. Dəyişiklik nəticəsində əməkhaqları sabitləşdiriləcək və artırılacaq. Bu isə o deməkdir ki, işçilər bu yenilikdən heç nə itirmir, əksinə daha stabil və daha yüksək maaş əldə etmək imkanı qazanırlar".
Ekspert bildirib ki, eyni zamanda, bu yenilik işçilərin sosial vəziyyətinə də müsbət təsir göstərə bilər.
"Maaşların sabit və daha şəffaf mexanizm əsasında formalaşdırılması həm işçilərin gəlir təhlükəsizliyini artırır, həm də ümumilikdə əməkhaqqı sistemində daha aydın və ədalətli yanaşmanın tətbiqinə şərait yaradır. Bu baxımdan dəyişiklik həm büdcə vəsaitlərinin istifadəsində şəffaflığın artırılması, həm də sosial təminatın gücləndirilməsi baxımından mühüm və pozitiv addım kimi qiymətləndirilə bilər".
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA












