Mayda əfv sərəncamı imzalana bilər? - AÇIQLAMA

"28 may Müstəqillik günü ilə bağlı əfv sərəncamının verilməsi ehtimalını o qədər də yüksək qiymətləndirmirəm". Avtosfer.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.
Komissiya üzvü bunun səbəbini Amnistiya aktının icrasının başa çatmaması ilə əlaqələndirib:
"Amnistiya aktının icrası davam etdiyi vaxtda əfv sərəncamının verilməsi bir qədər mümkün görünmür. Çünki bir humanist aktın icrası başa çatmalıdır ki, növbəti humanist aktın qəbul edilməsi üçün yeni imkanlar yaransın. Amnistiya aktının subyekti Milli Məclisdir, əfv sərəncamının subyekti ilə Prezidentdir. Amma mahiyyət, məzmun etibarı ilə hər ikisi humanizm, mərhəmət prinsiplərinə əsaslanır".

Əliməmməd Nuriyev əlavə edib ki, Azərbaycan Respublikası Konistitusiyasına əsasən, əfv Prezidentin müstəsna konistitusion səlahiyyətlərindən biridir və əfvin nə zaman verilməsi ilə bağlı qərar Prezident tərəfindən qəbul edilir:
"Ötən ilin may ayında Prezident tərəfindən növbəti - 71-ci əfv sərəncamı imzalanıb. Bu sərəncam yüzlərlə məhkuma şamil olunub. Dekabrın sonunda Milli Məclis tərəfindən növbəti Amnistiya aktı qəbul edilib. Hazırda Amnistiya aktının icrası gedir və 4 ay müddətində bu proses başa çatmalıdır. Aprel ayının 21-də Amnistiya aktının icrası başa çatacaq. Nə qədər ki, Amnistiya aktının icrası gedir əfv sərəncamının verilməsi bir qədər uyğun görünmür".
Əliməmməd Nuriyev hazırda Əfv Komissiyasının iclaslarının keçirilmədiyini bildirib.
"Amma Prezidentin hüquq-mühafizə orqanlarının iş şöbəsinin əfv sektoru və Əfv komissiyasının katibliyi fasiləsiz olaraq işləyir. Onlar bütün ilboyu daxil olan müraciətləri araşdırır və müraciətlərlə bağlı arayışlar hazırlanır. Proses gedir. Amma nə zaman əfv sərəncamı olacaq, onunla bağlı hər hansı fikir söyləmək qanunvericiliyin tələblərindən doğru olmaz".
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS












