Məcburi köçkünlər evlərini özləri tiksin – DEPUTAT

"İşğaldan azad olunmuş ərazilərdə hər şeyi dövlətin təkbaşına etməsi düzgün deyil". Avtosfer.az Sfera.az-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Razi Nurullayev deyib.
O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə vacib işlər görülür:
"Evlər tikilir, yollar, məktəblər, xəstəxanalar salınır. Amma dövlətin hər şeyi təkbaşına etməsi, bütün maliyyə yükünü üzərinə götürməsi uzunmüddətli həll deyil. Bu, nə büdcə üçün dayanıqlıdır, nə də insanların orada kök salması üçün doğru modeldir. Bu gün biz köçkünlər üçün evi də, kommunalı da, infrastrukturu da dövlət hesabına qururuq. Amma nəticə nədir? Köçən insanların bir hissəsi bir müddət sonra geri qayıdır. Səbəb sadədir: iş yeri azdır, dolanışıq zəifdir, iqtisadi həyat formalaşmayıb".
Millət vəkili təklif edib ki, işğaldan azad olunmuş ərazilərdə evləri məcburi köçkünlər özləri tiksinlər:
"Məncə, dövlətin əsas rolu ev tikmək yox, şərait yaratmaq olmalıdır. Dövlət yol çəksin, su, işıq, qaz, internet, məktəb, xəstəxana infrastrukturu yaratsın. Amma evlərin tikintisi mərhələli şəkildə, dövlətin nəzarəti və güzəştli mexanizmləri ilə vətəndaşın özünə verilsin. Köçkün öz evini özü tikəndə o torpağa daha çox bağlanır. Tikə-tikə ora öyrəşir, ətrafı tanıyır, dolanışıq yolu axtarır, qonşuluq münasibətləri formalaşır. Bu, psixoloji və sosial baxımdan da daha sağlam modeldir. Üstəlik, bu yanaşma dövlət büdcəsi üçün də qat-qat ucuz başa gəlir. Vətəndaş öz evini indiki qiymətlərdən iki dəfə daha ucuz məbləğə tikəcək".

R.Nurullayev özəl sektorun rolunu da vurğulayıb:
"Qarabağı yalnız dövlət layihələri üzərindən bərpa etmək mümkün deyil. Bu bölgə dövlətin nəzarəti altında, amma real şəkildə özəl sektora açılmalıdır. Kiçik və orta sahibkarlıq üçün daha münasib və süründürməçilikdən uzaq şərait, uzunmüddətli kreditlər, torpaq icarəsinin sadələşdirilmiş mexanizmləri tətbiq olunmalıdır. Orada fabrik, emal müəssisəsi, turizm obyektləri və xidmət sahələrinin yaradılması asanlaşdırılmalıdır".
Deputat qeyd edib ki, istəməyənləri məcburi şəkildə kəndə göndərməyin mənası da yoxdur:
"Biz kəndi hamı üçün eyni model kimi planlaşdırırıq. Amma reallıq başqa cürdür. Əgər bir ailə kənddə mal-qara saxlamaq istəmirsə, onu məcburən klassik kənd modelinə köçürməyin mənası yoxdur. Belə insanlar üçün şəhərcik və qəsəbə tipli yaşayış məntəqələri – xidmət sektoru, kiçik biznes və turizm üzərində qurulan yaşayış mühiti yaradılmalıdır. Hamını eyni qəlibə salmaqla uğur əldə edə bilmərik. Biz insanı yox, modeli dəyişməliyik".
Pensiya ilə bağlı VACİB AÇIQLAMA: "Ödənişlərdə çətinlik yarana bilər"
Bakıda bəzi evlər çökə bilər - QORXULU XƏBƏRDARLIQ
Əsgər gedən şəxslərə bu halda təzminat ödənilə bilər... - SON DƏQİQƏ
Bu sənədsiz evlərə "Kupça" veriləcək - ƏHALİYƏ ŞAD XƏBƏR
Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO
Qazdılar, əvvəlki halına qaytarmadılar - Bakıxanovda yol problemi - VİDEO
Keşlədə infrastruktur problemləri: Sakinlər çətinliklərlə üz-üzədir - VİDEO
Bakı sakinlərinə qurulan "ölüm tələ"si - "Yaxşı edirik, kimə istəyirsiz, şikayət edin!" - VİDEO
Birinci sinifə qəbul “mygov” üzərindən tətbiq olunsa, hansı çətinlikləri ortaya çıxacaq? – Ekspert AÇIQLADI
Plastik qablardan istifadə niyə təhlükəlidir? - Mütəxəssis AÇIQLADI
Bakıda söküləcək binalarla bağlı VACİB AÇIQLAMA










